ABŞ İrana görə bölgəyə ağır az sezilən bombardmançı təyyarələr yerləşdirir
Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ İranla münasibətlərin pisləşməsi fonunda Yaxın Şərqdə hərbi mövcudluğunu artırır. Pentaqon bildirib ki, bölgəyə əlavə döyüş təyyarələri yerləşdirilir. “Reuters” agentliyinin məlumatına görə, Hind okeanındakı Dieqo Qarsiya bazasına altıya qədər B-2 strateji bombardmançı təyyarəsi gəlib.
Bu az-sezilən təyyarələr nüvə silahlarını və İranın nüvə kompleksləri kimi möhkəmləndirilmiş yeraltı obyektləri məhv etmək üçün nəzərdə tutulmuş 13 tonluq GBU-57 də daxil olmaqla, ABŞ arsenalında olan ən ağır adi bombaları daşımaq qabiliyyətinə malikdir.
Pentaqonun sözçüsü bildirib ki, ABŞ regiondakı Amerika qüvvələrinə təhdid edilərsə, “həlledici zərbə” verməyə hazırdır. Digər istiqamətlərdən bölgəyə hava hücumundan müdafiə sistemlərinin köçürüldüyü də bildirilir.
Bu gərginlik Donald Trampın Tehranın yeni nüvə sazişi ilə razılaşmadığı təqdirdə İrana zərbə endirmək və ikinci dərəcəli sanksiyalar tətbiq etməklə hədələməsi fonunda baş verir. Buna cavab olaraq İran lideri Əli Xamneyi hücum olacağı təqdirdə “güclü zərbə” vəd edib və SEPAH aerokosmik qüvvələrinin komandanı Amerika bazalarının bölgədəki zəifliyini xatırladıb.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 02 Aprel 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















