ABŞ İŞİD yaraqlılarının Suriya həbsxanalarından kütləvi qaçışından ehtiyat edir “Politico”
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
ABŞ Suriya həbsxanalarında saxlanılan İŞİD yaraqlılarının kütləvi qaçışından ehtiyat edir.
Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazır.
Nəşrin məlumatına görə, silahlılar və onların ailə üzvləri müvəqqəti həbsxanalarda saxlanılır. Onları məhdud sayda silaha malik olan ABŞ-ın dəstəklədiyi kürd qüvvələri qoruyur. Söhbət 9 min yaraqlıdan və daha 50 min nəfərdən (ailə üzvləri) gedir.
“Bu klişedən xoşum gəlmir, amma bu, saatlı bomba kimidir. Türkiyə Suriyanın demokratik qüvvələrinə qarşı bu hücumları dayandırmasa, biz həbsxanadan kütləvi qaçışla üz-üzə qala bilərik”, – ABŞ rəsmisi nəşrə bildirib.
“Türkiyə kürd birləşmələrinə əsas təhlükəsizlik təhdidi kimi baxır. Saxlanılan yaraqlıların əksəriyyəti İraq və Suriyadandır, bir çoxu isə Avropa, Mərkəzi Asiya və Şimali Amerikadan, o cümlədən ABŞ-dan gəlir”, – məlumatda deyilir.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 18 Dekabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















