ABŞ istehlakçı inamı dörd ilin ən sürətli aylıq artımına imza atıb
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ istehlakçı inamı dörd ilin ən sürətli aylıq artımına imza atıb.
Banco.az xəbər verir ki, Conference Board təşkilatı amerikalı istehlakçıların meyllərini ölçən İstehlakçı İnam İndeksinə dair may ayı nəticələrini açıqlayıb.
ABŞ-da istehlakçı inamı gömrük tarifləri ilə bağlı razılaşma və iqtisadi mənzərənin bir qədər yaxşılaşması fonunda may ayında son beş ilin ən aşağı səviyyəsindən kəskin şəkildə yuxarı qalxıb.
Məlumatlara əsasən, indeks 12,3 bənd artaraq 98 səviyyəsinə yüksəlib və son dörd ilin ən böyük aylıq artımını nümayiş etdirib.
Bloomberg tərəfindən aparılan sorğuda iqtisadçıların medyan proqnozu 87,1 səviyyəsində idi.
Amerikalı istehlakçıların cari iş və əmək bazarı şəraitinə dair qiymətləndirmələrini əks etdirən Cari Vəziyyət İndeksi əvvəlki ayla müqayisədə 4,8 bənd artaraq 135,9 səviyyəsinə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 27 May 2025 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















