Icma.az
close
up
RU
“ABŞ Münhendə Ukraynadakı müharibənin sona çatması planını elan edəcək“ “Deutsche Welle“

“ABŞ Münhendə Ukraynadakı müharibənin sona çatması planını elan edəcək“ “Deutsche Welle“

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bu plan "güc yolu ilə sülh" prinsipinə əsaslanır, münaqişə tərəflərinin sülhə məcbur edilməsini nəzədə tutur..."

Trampın Ukraynadakı müharibənin sona çatdırılması planı Münhen Təhlükəsizlik Konfransında təqdim olunacaq. Bu planı ABŞ-ın Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq təqdim etməlidir.

Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Deutsche Welle" nəşri "Bloomberg" nəşrinə istunadən yazıb.

Nəşrin yazdığına görə, ABŞ-ın müttəfiqləri gözləyir ki, Amerika prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi elçisi Kit Kelloq Münhen Təhlükəsizlik Konfransında Donald Trampın Ukraynadakı müharibəni sona çatdırmaq planını təqdim edəcək. Konfrans 14-16 fevral tarixlərində baş tutacaq.

Mənbələr planın hansı detallarla təqdim olunacağını və onun hansı formatda açıqlanacağını dəqiqləşdirməyib. Bununla belə, Kelloq və digər rəsmilərin son həftələrdə verdikləri açıqlamalar planın "güc yolu ilə sülh" prinsipinə əsaslanacağını göstərir, yəni münaqişə tərəflərinin sülhə məcbur edilməsi nəzərdə tutulur.

Münaqişənin dondurulması

"Bloomberg"-in məlumatına görə, Trampın planı münaqişənin potensial dondurulmasını və Rusiya qoşunlarının işğalı altında olan Ukrayna ərazilərinin "asılı vəziyyətdə" qalmasını ehtiva edir. Ukraynaya təhlükəsizlik təminatlarının veriləcəyi bildirilir, lakin bu təminatların konkret nədən ibarət olacağı açıqlanmır.

Kit Kelloq daha əvvəl "X" sosial şəbəksində yazıb ki, Münhen Konfransında iştirak edəcək və Trampın "qanlı və baha başa gələn müharibəni" sona çatdırmaq məqsədilə aparılan müzakirələrdə iştirak etməyi səbirsizliklə gözləyir. "Amerikanın bizimlə işləməyə hazır olan müttəfiqləri ilə görüşəcəyəm", - xüsusi elçi bildirib.

Bundan öncə "NBC News" kanalı xəbər verib ki, ABŞ prezidenti administrasiyasında Ukraynadakı münaqişənin həlli yolları ilə bağlı fikir ayrılıqları mövcuddur. Trampın komandasında bəzi şəxslər Rusiyanın irəliləyişinin qarşısını almaq üçün Moskvaya təzyiq göstərilməsini dəstəkləyir.

Bu ideyanın tərəfdarları arasında Kit Kelloq və milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts da var. Lakin komandada Ukraynaya yardımı azaltmağı təklif edənlər də mövcuddur. Nəşr bu ideyanı konkret kimin dəstəklədiyini açıqlamayıb.

Ukraynadakı münaqişənin həlli variantları

Trampın müşavirləri ona Ukraynadakı münaqişənin həlli üçün müxtəlif planlar təqdim edib. Hələ ötən yay Kit Kelloqun təşəbbüsü ilə irəli sürülən plan Kiyevin yalnız sülh danışıqlarına başlaması şərti ilə daha çox silah almasını nəzərdə tutub. Vaşinqton isə Moskvaya xəbərdarlıq etməlidir ki, əgər Rusiya dialoqdan imtina edərsə, ABŞ Ukraynaya yardımın həcmini artıracaq.

Tramp ikinci prezidentlik müddətinə başladıqdan sonra Moskvaya xəbərdarlıq edərək  Rusiyanın razılaşmaya gəlməyəcəyi təqdirdə ABŞ-a ixrac etdiyi bütün məhsullara rüsum və sanksiyalar tətbiq edəcəyini bildirib.

Fevralın əvvəlində Tramp Kiyevə verilən yardımı nadir torpaq metallarına və Ukraynanın təklif edə biləcəyi digər mallara dəyişdirməyi təklif edib. Ukrayna prezidenti Vladimir Zelenski isə Kiyevin faydalı qazıntıların birgə hasilatına açıq olduğunu bildirib.

Ukrayna və Rusiyanın mövqeləri

Ukrayna "sülh formulu"nun həyata keçirilməsində israr edir ki, bu da Rusiya qoşunlarının 1991-ci il sərhədlərinə çəkilməsini nəzərdə tutur. Buraya Krım, "DXR", "LXR", habelə 2014 və 2022-ci illərdə keçirilən "referendumlar" nəticəsində Rusiyaya birləşdirilmiş Zaporojye və Xerson vilayətləri də daxildir.

Daha sonra Zelenski ABŞ və Avropa İttifaqının təhlükəsizlik təminatları verməsi şərti ilə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq ehtimalını nəzərdən keçirəcəyini bildirib. O, həmçinin döyüş əməliyyatları başa çatdıqdan sonra diplomatik yollarla itirilmiş ərazilərin qaytarılacağına əmin olduğunu söyləyib. Zelenski həmçinin Ukrayna qoşunlarının Kursk vilayətinə hücumunu danışıqlarda "güclü kozır" adlandırıb.

Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin yayında atəşkəs və danışıqların başlanması üçün Ukrayna qoşunlarının Donbas, Zaporojye və Xerson vilayətlərindən çıxarılmasını, işğal olunmuş ərazilərin Rusiyanın tərkib hissəsi kimi tanınmasını, Ukraynanın nüvə silahından azad və bloklara qoşulmayan statusunun təsdiqlənməsini və Rusiyaya qarşı beynəlxalq sanksiyaların ləğv edilməsini təklif edib. 

Zelenski bu şərtləri "ultimatum" kimi qiymətləndirib. Tramp isə Ukraynanın itirilmiş ərazilərini geri qaytarmasının real olmadığını bəyan edib. Mayk Uolts onun bu mövqeyinə bütün dünyanın qoşulacağını iddia edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Fevral 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri