ABŞ nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Atəşgah məbədini ziyarət edib
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin Azərbaycandakı səfirliyinin yeni müvəqqəti işlər vəkili Emi Karlo Atəşgah məbədini ziyarət edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, E.Karlo Azərbaycan mədəniyyəti ilə tanışlıq məqsədilə ilkin olaraq "Odlar Yurdu"nun ruhunu əks etdirən Atəşgah məbədini seçib.
"O, tarixin, inancın və ənənənin qovuşduğu bu məkanda Azərbaycanın zəngin mədəni irsini və xalqlarımız arasındakı dostluğun səmimiyyətini hiss etdi", - deyə qeyd olunub.
E.Karlo Atəşgahdan videomüraciətində vurğulayıb ki, 20 ildən çoxdur ölkəsinə diplomat kimi xidmət edir:
"Buraya gəldiyimdən bəri Azərbaycan xalqının mənə göstərdiyi yüksək səmimiyyət və qonaqpərvərliyi çox yüksək qymətləndirirəm. Bu gün ilk dəfə Atəşgahda olmaqdan çox şadam".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 26 Sentyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















