Icma.az
close
up
RU
ABŞ nin güc nümayişi: İrana hücümdan sonra hədəflər deyil, oyunun qaydaları dəyişdi TƏHLİL

ABŞ nin güc nümayişi: İrana hücümdan sonra hədəflər deyil, oyunun qaydaları dəyişdi TƏHLİL

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"ABŞ, B-2 Spirit strateji bombardmançıları və ümumilikdə 125 hava vasitəsindən ibarət bir əməliyyatla İranın yeraltı nüvə obyektlərinə hücum etdi. Bu əməliyyat hərbi texnika və planlama baxımından bir uğur sayıla bilər".


Bu sözləri Sherg.az-a açıqlamasında Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar söyləyib. 


Onun sözlərinə görə, hədəf, təkcə İranın nüvə proqramını məhv etmək deyil:


"Bu eyni zamanda bu güc nümayişi vasitəsilə Yaxın Şərqi və bütövlükdə qlobal nizamı yenidən dizayn etmək idi. Amma görünən odur ki, bu strateji uğur eyni zamanda ciddi bir geosiyasi boşluq da yaratdı. Çünki bu hücumdan sonra hədəflər deyil, oyunun qaydaları dəyişdi. Hücumun texniki icrası tam mənasıyla strateji planlamaya söykənirdi. Qitələrarası strateji sızma bacarığı, ani və gözlənilməz zərbə effekti, komanda-idarəetmə, kəşfiyyat, peyk və siber dəstək kimi əlavə imkanlarla gücləndirilmiş koordinasiya, xüsusi bomba texnologiyası ilə yeraltı obyektlərin hədəfə alınması və minimal itkilə əməliyyatın tamamlanması, üstəlik beynəlxalq ictimai rəyin yönləndirilməsi kimi elementlər əməliyyatı hərbi baxımdan təsirli etdi".


Ekspert əlavə edib ki, bütün bu uğurlara baxmayaraq, İranın zənginləşdirilmiş uran ehtiyatlarının harada olduğu məlum deyil:

"Əslində, hücumdan öncə İran “hücumdan öncə cavab verdiyini” açıqlayaraq uranı naməlum bir yerə transfer etdiyini bəyan etmişdi. Bu açıqlama qlobal nüvə təhlükəsizliyi və beynəlxalq münasibətlər baxımından ciddi bir qeyri-müəyyənlik doğurdu. Əgər İran doğru danışırsa və bunu təsdiqləyən bəzi faktlar da var. O zaman qarşı-qarşıya olduğumuz risklər daha dərin və çoxşaxəlidir. Hücumdan sonra Avrasiya bölgəsindən İrana enən yük təyyarələrinin müşahidə olunması, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin zərbə bölgələrində heç bir radiasiya sızması aşkar etməməsi və Şimali Koreyanın İranı dolayısıyla dəstəkləyən bəyanatları bu ehtimalı gücləndirir. Zənginləşdirilmiş uranın hara transfer edildiyi isə açıq sual olaraq qalır. Bu, İran daxilində başqa bir gizli obyekt ola bilər. Eyni zamanda, İranın xaricində – Yaxın Şərqdə müttəfiq silahlı qrupların nəzarətində olan bölgələrdə, Şimali Koreya və Venesuela kimi nüvə potensialına malik tərəfdaş ölkələrdə, yaxud Çin və Rusiya kimi nüvə güclərinə sahib və İranla strateji münasibətlərdə olan aktorların ərazisində də yerləşdirilmiş ola bilər. Hətta bəzi israilli siyasətçilərin iddiasına görə, İran “çamadanda bomba” doktrinasına bənzər formada, zənginləşdirilmiş materialı qeyri-rəsmi, qaranlıq bir aktorun nəzarətinə verməsi ehtimalı var. İranın bu addımı strateji təhlildə “hesablı qeyri-müəyyənlik”, “ikinci zərbə gücü” və “qeyri-müəyyənlik yolu ilə çəkindirmə” kimi anlayışlarla izah olunur. Bu cür yanaşma, qarşı tərəfin İranı tam zərərsizləşdirmə cəhdinə qarşı çəkindirici rol oynayır".


Abdullah Ağarın fikrincə, hər bir ssenari isə müxtəlif geosiyasi nəticələr doğurur və regionda güc balansını dəyişdirə bilər:

"Əvvəllər də bənzər hadisələr baş verib. Təxminən 15 il əvvəl İsrail İranın nüvə obyektlərinə zərbə endirdi və İranın proqramı bir neçə il gerilədi. Lakin nəticə olaraq bu proqram daha güclü və daha təhlükəli şəkildə geri döndü. Bu gün isə vəziyyət daha gərgin və varoluşsal risklərlə doludur.

Nüvə balansı baxımından, bu cür qeyri-müəyyənliklər yeni silahlanma yarışlarına səbəb ola bilər. Digər ölkələrin Nüvə Silahlarının Yayılmaması Sazişindən çıxması ehtimalı, qlobal nüvə nizamının yenidən qurulması, çəkindirmə balanslarının dəyişməsi, zənginləşdirilmiş uranın kimlərin nəzarətində olması ilə bağlı qlobal siyasi alver, şantaj və strateji “hamilik” münasibətləri formalaşa bilər. Bu münasibətlər enerji yolları, ticarət marşrutları və coğrafi üstünlüklər üzərindən bölgələrarası nüfuz savaşlarını da gücləndirəcək.

Təhlükənin bu qədər artmasına baxmayaraq, məsələ təkcə güc və zərbə ilə həll olunmur. 1979-cu ildə Menahim Begin Pakistanın nüvə silahlanması ilə bağlı narahatlığını açıq şəkildə ifadə etmişdi. İsrail sonradan 1981-ci ildə İraqı, 2007-ci ildə Suriyanı və müxtəlif zamanlarda İranı vurdu. Ancaq problemi tam həll edə bilmədi. Hətta bir çox hallarda problemi daha da dərindən formalaşdırdı. Yəni problemi çözmək istəyərkən, problemin bir hissəsinə çevrildi".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 İyun 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri