ABŞ nin İranla ticarət edən ölkələrə 25% rüsum qərarı Azərbaycana təhlükə yarada bilərmi? AÇIQLAMA
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"ABŞ prezidenri Donald Trampın İranla əməkdaşlıq edən ölkələrə qarşı 25 % rüsum açıqlaması daha çox iqtisadi hədə xarakteri daşıyır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İranla ticarət və iqtisadi əlaqə quran ölkələrin ABŞ ilə olan ticarətinə əlavə rüsum tətbiqi nəzərdə tutulur. Bu addım ABŞ-nin İrana iqtisadi təzyiqinin artıq yeni mərhələsidir"
Redaktor.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov özünün feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, hazırda bu qərarı detallı izah edən rəsmi sənəd yoxdur:
"Hansı ölkələrə, hansı mallara və hansı şərtlərlə tətbiq olunacağı aydın deyil. Fikrin qətiliyi səslənsə də, qərarın hüquqi mexanizmi formalaşmayıb və rəsmi Vaşinqton icra qaydaları ilə bağlı konkret mövqe ortaya qoymayıb. Hətta ABŞ daxilində belə bu məsələ ətrafında narahatlıqlar var. Bu fonda qərarın Azərbaycana birbaşa təsir edəcəyini söyləmək düz olmaz. Dünyanın demək olar bütün ölkələri bu və ya digər formada İranla ticarət əlaqələrinə malikdir. Hamıya eyni anda 25 faiz rüsum tətbiqi real mexanizm deyil və bu yanaşma ABŞ-nin özü üçün də ciddi iqtisadi risklər yarada bilər. Odurki, mövcud vəziyyətdə Azərbaycan üçün konkret və birbaşa təhdid görmürəm".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 13 Yanvar 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















