ABŞ səfiri: Livan hakimiyyətinin fəaliyyətsizliyi “Hizbullah” ilə İsrail arasında qarşıdurmaya səbəb ola bilər
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 20 oktyabr, AZƏRTAC
Livan hakimiyyətinin “Hizbullah” qruplaşmasının silahsızlaşdırılması istiqamətində konkret addımlar atmaması təşkilatla İsrail arasında ciddi qarşıdurmaya gətirib çıxara bilər.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfiri və Prezident Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak bu barədə özünün sosial media hesabında yazıb. Onun sözlərinə görə, hazırda İsrail “mavi xətt” boyunca (BMT-nin 2000-ci ildə təsdiq etdiyi İsrail-Livan sərhəd bölgəsi) beş taktiki mövqedə qalmağa davam edir, bu isə həm erkən xəbərdarlıq sistemini təmin edir, həm də İsrailin qruplaşmaya qarşı gündəlik zərbələrinə şərait yaradır.
Tom Barrak, həmçinin vurğulayıb ki, Suriyada vəziyyətin sabitləşməsi fonunda “Hizbullah” getdikcə daha çox təcrid olunur.
“İran tərəfindən dəstəklənən silahlı qruplar Livanın suverenliyini pozur, investisiyaları zəiflədir və ictimai inamı sarsıdır. Bu isə İsrail üçün daimi təhlükə mənbəyidir”, - deyə diplomat bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 20 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















