ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub London polisi
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin Londondakı səfirliyinin yaxınlığındakı ərazinin boşaldılaraq mühasirəyə alınmasına səbəb olan şübhəli obyektin muljay bomba (partlayıcı qurğunun imitasiyası – red.) olduğu ortaya çıxıb.
Redaktor.az xəbər verir ki, bu barədə yerli polis “X” sosial şəbəkəsində məlumat yayıb.
“İlkin sübutlar göstərir ki, həmin əşya mulyaj cihaz olub”, - bəyanatda deyilir.
Qeyd edək ki, daha əvvəl şübhəli obyektin aşkarlanması ilə əlaqədar London polisinin Britaniya paytaxtında ABŞ səfirliyinin yaxınlığındakı ərazini mühasirəyə alaraq boşaltdığı bildirilmişdi. Tapıntı üzərində nəzarət olunan partlayış həyata keçirilib və bu, çoxlarının yüksək səs eşitməsinə səbəb olub.
Bu vaxt səfirliyin özündə lokdaun, yəni təhlükəsizlik məqsədilə işçilərin hərəkətinə məhdudiyyətlər tətbiq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 22 Noyabr 2024 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















