Icma.az
close
up
RU
ABŞ təkmilləşdirilmiş B61 12 nüvə bombasının istehsalını başa çatdırıb

ABŞ təkmilləşdirilmiş B61 12 nüvə bombasının istehsalını başa çatdırıb

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ təkmilləşdirilmiş B61-12 nüvə bombasının istehsalını başa çatdırıb


Birləşmiş Ştatlar 50 kilotonluq döyüş başlığına malik B61-12 cazibə qüvvəli nüvə bombasının istehsalını başa çatdıraraq, ölkənin nüvə arsenalının modernləşdirilməsində mühüm mərhələni qeyd edib. Sursatın son nüsxəsi 2024-cü ilin dekabrında “Pantex” zavodunda yığılıb, bundan sonra proqram nüvə arsenalının saxlanması və etibarlılığının təmin edilməsi mərhələsinə keçib, “Interesting Engineering” portalı yazır.
Materialda bildirilir ki, B61-12 ilk dəfə 1968-ci ildə istifadəyə verilmiş köhnə B61 seriyalı bombaların təkmilləşdirilmiş versiyasıdır. Xidmət müddətinin uzadılması proqramı sayəsində bu sursatlar ən azı daha 20 il istifadə etməyə imkan verən yeni komponentlər alıb.
“Bu, böyük nailiyyətdir”, - B61-12 modernləşdirmə proqramının baş meneceri Riç Otten bildirib.
O, on ildən artıqdır ki, minlərlə mütəxəssisin bu layihənin həyata keçirilməsinə öz səylərini və biliklərini sərf etdiyini vurğulayıb.
İstehsal tamamlandıqdan sonra proqram arsenalın saxlanması mərhələsinə keçir. Sonuncuya ehtiyat hissələrin istehsalı, bombaların sınaqdan keçirilməsi və vəziyyətinə nəzarət daxildir.
Arsenalın saxlanmasına cavabdeh olan baş menecer Skott Klenke bildirib ki, bu fəaliyyətlər sonuncu bölmə istismardan çıxarılana və utilizasiya edilənə qədər davam edəcək.
Eyni zamanda, məqalə müəllifləri vurğulayırlar ki, bununla paralel olaraq ABŞ nüvə bombasının yeni variantını - B61-12-dən daha çox gücə malik olacaq B61-13 variantını hazırlayır.
B61-12-nin maksimal məhsuldarlığı 50 kilotondur ki, bu da B61-7 versiyasından (340 kiloton) xeyli azdır. Müqayisə üçün qeyd edək ki, Xirosimaya atılan bombanın məhsuldarlığı 12-18 kiloton, Naqasakidə isə 18-23 kiloton arasında idi.
Eyni zamanda, ABŞ-da nüvə silahlarının ümumi sayı artmayacaq, çünki B61-13 istehsalı B61-12 arsenalının azalması ilə kompensasiya ediləcək.
Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 03 Mart 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri