Bu türk ölkəsində növbədənkənar seçkilər keçirilir
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Qazaxıstanda yerli nümayəndəli hakimiyyət orqanları olan bütün səviyyələrdəki məclislərə deputatların növbədənkənar seçkiləri keçirilir.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Məlumata görə, ilk 101 seçki məntəqəsi yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə saat 07:00) açılıb. Onların əksəriyyəti xidmətdə olan və ya döyüş tapşırıqlarını yerinə yetirən hərbçilərin səs verdiyi hərbi hissələrdə yerləşir. Qalan seçki məntəqələrində əsas səsvermə saat 08:00-da (Bakı vaxtı ilə 09:00) başlayıb və saat 20:00-a (Bakı vaxtı ilə 21:00) qədər davam edəcək.
Bildirilib ki, Qazaxıstanda ümumilikdə 10.338 seçki məntəqəsi var. Seçici siyahılarına 12.679.459 nəfər daxil edilib.
Partiya siyahıları üzrə məslisələrdə yerlər uğrunda yeddi qeydiyyatdan keçmiş partiya mübarizə aparır: Adilet, Ak Jol, Qazaxıstan Xalq Partiyası, Milli Sosial Demokrat Partiyası, Awil, Baytak Yaşıl Partiyası və Respublika.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bir parlament yeri uğrunda orta hesabla üç namizəd mübarizə aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 29 Noyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















