Icma.az
close
up
RU
ABŞ ticarət missiyası Orta Dəhlizin potensialı ilə tanış olmaq üçün Aktauya səfər edib

ABŞ ticarət missiyası Orta Dəhlizin potensialı ilə tanış olmaq üçün Aktauya səfər edib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Astana, 10 sentyabr, AZƏRTAC

Mərkəzi Asiyada ABŞ-ın ən böyük ticarət missiyasının nümayəndə heyəti Qazaxıstana səfəri çərçivəsində Mangistau regionunda olub.

AZƏRTAC “Kazakh İnvest” Milli Şirkəti ASC-yə istinadla xəbər verir ki, səfər regionun investisiya potensialı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR, Orta Dəhliz) potensialı ilə tanış olmaq məqsədi daşıyıb.

Proqram çərçivəsində Mangistau vilayətinin biznes nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Qazaxıstan tərəfdən isə “Kazakh İnvest” SC-nin layihə rəhbəri Aliyə Abdildinanın məruzəsi dinlənilib. O, regionun investisiya imkanları və TITR-in əsas mərkəzi kimi Aktaunun rolu haqqında icmal təqdim edib.

Dəyirmi masada çıxış edən Aliyə Abdildina qeyd edib ki, Qazaxıstan Trans-Xəzər marşrutuna təkcə tranzit marşrutu kimi deyil, Avrasiya əlaqələrinin gələcəyinə qoyulan strateji investisiya kimi baxır. O vurğulayıb ki, təkcə 2024-cü ildə marşrut üzrə daşımaların həcmi 60% artaraq 4,5 milyon tona çatıb. Bu artım onun qlobal təchizat zəncirlərində artan rəqabət qabiliyyətini nümayiş etdirir.

ABŞ nümayəndə heyəti, həmçinin Aktau Beynəlxalq Dəniz Ticarət Limanına baş çəkib, burada multimodal daşımaların logistika imkanları və infrastruktur ilə tanış olublar.

İştirakçılar Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yüksək potensialını qeyd edərək, onun Asiya ilə Avropa arasında əlaqənin təmin edilməsində artan rolunu vurğulayıblar.

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Çin ilə Avropa ölkələrini birləşdirir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri