ABŞ “Tramp Marşrutu”nun hazırlıq mərhələsinə bu qədər investisiya yatıracaq
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“ABŞ “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin hazırlıq mərhələsinə 140 milyon dollar investisiya yatıracaq”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
“Amerika tərəfinin investisiyalarına gəlincə: hazırda bildiyim qədərilə, artıq layihənin hazırlıq mərhələsi üçün 140 milyon dollar ayrılıb. Konkret investisiyalara gəldikdə isə, onlar layihələrdən asılı olacaq. Yəni bu artıq ilkin hesablamalardan asılıdır, lakin investisiyaların böyük olacağı, düşünürəm ki, aydındır”, - Baş nazir söyləyib.
Bununla belə, Paşinyan layihənin ümumi investisiya həcmi haqqında dəqiq açıqlama verməyib. Onun sözlərinə görə, məsələn, dəmir yollarının yenidən qurulması üçün tələb olunan xərclərin həcmini müəyyən etmək üçün texniki-iqtisadi hesablamalar aparılmalıdır.
Xatırladaq ki, yanvarın 13-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-yə səfəri zamanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədi ictimaiyyətə açıqlanıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 15 Yanvar 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















