Icma.az
close
up
RU
ABŞ Ukrayna və Avropaya potensial razılaşma şərtlərini tətbiq etməyəcək

ABŞ Ukrayna və Avropaya potensial razılaşma şərtlərini tətbiq etməyəcək

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynada müharibəyə son qoymaq üçün ABŞ-Rusiya danışıqları nəticəsində əldə edilmiş hər hansı ikitərəfli razılaşmanın şərtlərini Ukrayna və Avropaya tətbiq etmək niyyətində olmadığını bildirib.

Bizimyol.info xəbər verir ki, “The New York Times” ABŞ dövlət katibi Marko Rubionun Ukraynadakı müharibəyə son qoymaq məqsədi ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra bəzi Avropa rəsmiləri ilə telefon danışıqlarının təfərrüatlarını əldə edib.

Xəbərdə deyilir ki, Rubio avropalı həmkarlarına telefon danışıqlarında Ukrayna və Avropa ilə bağlı Rusiya ilə hər hansı ikitərəfli razılaşmanın şərtlərini tətbiq etmək fikrində olmadığını bildirib. Buna uyğun olaraq nazir Rubio da Ər-Riyaddakı danışıqların Rusiyanın sülh prosesindəki səmimiyyətini ölçmək üçün ilk addım olduğunu bəyan edib.

Rubio bildirib ki, diplomatik münasibətlərin normallaşması istiqamətində atılacaq addımlar Rusiyanın əsl niyyətlərini anlamaq üçün “sınaq” olacaq: “Moskva hətta bu məsələdə də irəliləyişə nail ola bilməsə, onların Ukrayna məsələsində də ciddi olmadığı məlum olacaq”, - deyə o qeyd edib.

Rubio, Rusiyanın davranışında nəzərəçarpacaq bir dəyişiklik olmadığı təqdirdə ABŞ-ın Rusiyaya qarşı sanksiyaları qaldırmayacağını bildirib və ölkə ABŞ-ın istədiyi addımları atmağa başlasa, bəzi sanksiyaların “məhdud şəkildə yumşaldılmasına” imkan verəcəyini vurğulayıb.

Rubio Avropa rəsmilərinə bildirib ki, rusların yalnız bir görüş keçirməklə razılaşmaya ciddi olub-olmamasından əmin ola bilməz. O Moskvanın danışıqlar prosesini irəli aparmaq niyyətində ola biləcəyi təəssüratının yarandığını bildirib.

ABŞ və Rusiya nümayəndə heyətləri fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşərək ikitərəfli münasibətlərin normallaşdırılması və Ukraynada müharibəyə son qoyulmasını müzakirə ediblər.

Bu görüş fevralın 12-də ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığından sonra baş tutub.

Ər-Riyadda 4,5 saat davam edən danışıqlarda tərəflər gələcəkdə Ukrayna ilə bağlı təmaslarını davam etdirəcəklərini bəyan ediblər.

Bununla belə, prezident Trampın Ukrayna prezidenti Vladimir Zelenskini tənqid etməsi, onu “diktator” kimi qələmə verməsi, Ukraynada müharibəyə son qoymaq üçün ABŞ-Rusiya danışıqlarından Aİ ölkələri və Ukraynanı kənarda qoyması bu ölkələrdə ciddi reaksiyaya səbəb olub.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Fevral 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see272

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see203

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see182

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see174

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see170

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see156

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see154

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see152

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri