Beynəlxalq ictimaiyyətin passivliyi, beynəlxalq təşkilatların sərt müdaxiləsinin olmaması mövcud rejimi arxayanlaşdırır
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu barədə Bizimyol.info xəbər portalına siyasi şərhçi Mərahim Nəsib danışıb. Siyasi şərhçi hesab edir ki, bu baxımdan əsas problemlər iqtisadi problemlər, işsizlik, rialın dəyərsizləşməsi deyil: “Təbii ki, bu da bir rol oynayır, etirazlara səbəb olur”.
Mərahim Nəsib
Mərahim Nəsib hesab edir ki, davamlı və genişmiqyaslı etirazların kökü həm də bir legitimlik böhranıdır, yəni İranda artıq bir çox insan siyasi sistemin onları təmsil etmədiyini iddia edir və belə qəbul edir: “Radikal yanaşmalar, məhdudiyyətlər insanların gündəlik həyat şəraiti üzərində və yaxud modern dünyada İran ictimaiyyəti üçün hər hansı bir məhdudiyyətlər və çərçivələr yarada bilər, həddən artıq nəzarət narahat edə bilər. Bu məhdudiyyətlərin xüsusən də gənc nəsilə daha çox təsiri olur. Bu səbəbdən də, etirazlar təkcə nələrinsə bahalaşması və ya iqtisadi problemlərlə bağlı deyil. Əsas problem sistemdədir. Bu etirazlardan sonra Amerika Birləşmiş Ştatları, Almaniya və digər ölkələr İranda hakimiyyətin legitimliyini itirdiyini iddia edirlər”.
Mərahim Nəsibin fikrincə, əsasən təhlükəsizliklə bağlı sərt müdaxilələr olur.
“Hökumətin açıqladığı rəqəmə görə, üç mindən çox insan həlak olub. Qeyri-rəsmi rəqəmlərə görə, bu da 10-20 mindən çoxdur. Bir aya yaxın baş verən etirazlarda üç mindən çox şəxsin həlak olması, bunun 2000 nəfərdən çoxunun etirazçı olması və onların təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi ciddi bir problemdir.
İranda internet məhdudlaşdırıb, bloklaşdırılıb internetə çıxış imkanı çox azdır. Gündəlik, insanların 20-30 dəqiqə ərzində internetdən istifadə etmək imkanı olur. Yayılan görüntülərdə həqiqətən də təhlükəsizlik qüvvələrinin, SEPAH-ın etirazçılara, dinc sakinlərə necə divan tutduğu nümayiş olunur. Bu da, insanlarda sistemə qarşı etimadsızlıq yaradır. Və belə bir sistemin idarəçiliyi altında, belə bir rəhbərliyin idarəçiliyi altında yaşamağın mümkünsüzlüyünü ortaya çıxarır”-deyən Mərahim Nəsib bildirib ki, bu da gələcəkdə hər hansı daha geniş miqyaslı etirazların əsasını qoya bilər.
Beynəlxalq ictimaiyyətin İran aksiyalarına qarşı passivliyinə gəldikdə, Mərahim Nəsib qeyd edib ki, beynəlxalq ictimaiyyətin passivliyi də, yetərli tədbir görməməsi də hakimiyyətə rahatlıq verir: “Sərt müdaxilələr olsaydı, rejim daha çox islahatlara gedə bilərdi. Amma beynəlxalq ictimaiyyətin passivliyi, beynəlxalq təşkilatların, aparıcı ölkələrin sərt müdaxiləsinin olmaması rejimi arxayanlaşdırır. Belə olan halda, öz rejim öz mövqeyini davam etdirir. Daxili depressiyaları müxtəlif bəhanələrlə əsaslandırır, xarici təzyiqin zəifliyini ortaya qoyur, üstəlik xarici təzyiqi daha çox təhdid kimi üzə çıxarır. Bu da cəmiyyətdə beynəlxalq institutlara, güvəndiyi ölkələrə etimadsızlıq yaradır”.
Siyasi şərhçi bildirib ki, yaxın perspektivdə rejimin dəyişikliyi ehtimalı zəifdir: “Rejimin qısa müddətdə dəyişmə ehtimalı zəifdir. Yəni yenidən etirazlar alovlansın və inqilab olsun, bir çevriliş olsun, bu ehitmal hazırda olduqca zəifdir. Amma mümkünsüz də deyil. Yəni gözləniləndir.
Mən etirazların birdəfəlik sönəcəyinə də inanmıram. Rejimin qısa müddət ərzində dəyişikliyinə də inanmıram. Bu etirazlar az-az, dalğa-dalğa davam edəcək. Yəni sistem getdikcə daha çox zorakılıq da törədə bilər, amma geri də çəkilə bilər və ya hər ikisi rol oynaya bilər. Cəmiyyət isə sistemin, hökumətin legitimliyini itirməsi ilə bağlı belə iddialarını və fikirlərini gücləndirəcək. Bu baxımdan hazırda İranda elə bir həssas məqam var ki, kiçik bir qığılcım hadisələri, etirazları yenidən alovlandıra bilər. Etirazlar zaman-zaman davam etdikcə hökumət həm də daha çox təzyiqlərə əl ata bilər və təbii ki, mövcud vəziyyət bu şəkildə uzun müddət davam edə bilməz. Hökumət həqiqətən də xalqın istəyini yerinə yetirməli, çox ciddi islahatlara getməlidir. Əks halda, davamlı etirazlar və davamlı təzyiq fonunda İran hakimiyyəti tab gətirə bilməz”.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 29 Yanvar 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















