ABŞ Ukraynaya 500 milyon dollar dəyərində yeni hərbi yardım ayırıb AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Co Bayden administrasiyası Ukraynaya 500 milyon dollar dəyərində yeni təhlükəsizlik yardımı edəcəyini açıqlayıb.
APA xəbər verir ki, Prezident Co Bayden, səlahiyyətlərini Donald Trampa təhvil verməzdən əvvəl Ukraynaya daha bir yarım paketi ayırıb.
Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü tərəfindən verilən yazılı açıqlamada veriləcək yardımda hava hücumundan müdafiə raketləri, “hava-yer” sursatları və Ukraynanın F-16-lardan istifadəsini dəstəkləmək üçün avadanlıqlar olduğu bildirilir.
Təxminən 500 milyon dollar dəyərində yardıma həmçinin AIM-7, RIM-7 və AIM-9M hava hücumundan müdafiə raketləri, hava-yer döyüş sursatları, F-16-lar üçün dəstək ləvazimatları, zirehli körpü sistemləri ilə rabitə və nəqliyyat vasitələrinin daxil olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 10 Yanvar 2025 01:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















