Icma.az
close
up
RU
ABŞ və Azərbaycan arasında yeni keyfiyyətli iqtisadi müttəfiqlik başlayır

ABŞ və Azərbaycan arasında yeni keyfiyyətli iqtisadi müttəfiqlik başlayır

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Prezident İlham Əliyevin ABŞ-a səfəri və iki dövlət arasında imzalanan “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” iqtisadi-ticari-enerji sahəsində 30 illik əməkdaşlığın yeni səhifəsini açır. Bu, həm də indiyə qədər iqtisadi və enerji-kommunikasiya proqramlarında birgə iradənin müasir çağırışlar fonunda daha da irəliyə aparılması üçün niyyət və məramları əks etdirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi ikitərəfli münasibətlər yeni pilləyə qalxır və strateji tərəfdaşlığımız başlayır.

Hər iki dövlıətin liderinin ortaya qoyduğu iradə və imzalanan sənədlər yaxın dost ölkələrin iqtisadi-ticari hərarətin də möhkəmlənməsində yeni imkanlar açacaq. 

Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq formatı bir çox bölməni - əhatə edir - qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi və digər yaxşı nəticələr əldə edilmiş sahələri əhatə edir.

İndi isə yeni keyfiyyətli dövr başlayır. İki dövlət arasında iqtisadi baxışların qətiyyətli dövünün xarakterizə edən enerji əməkdaşlığı da yeni dövrə qədəm qoyur. Belə ki, səfər çərçivıəsində SOCAR və “ExxonMobil” korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanması 30 illik enerji salnaməsənin uğurlu davamını əks etdirir. Bu anlaşma və əməkdaşlıq şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycanda həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini səfərbər edəcək. 
Eləcə də, Azərbaycanın iqtisadiyyat nazirinin SOCAR-ın prezidenti ilə birlikdə “SpaceX” şirkətinin və “EXIM Bank”ın rəhbər vəzifəli şəxsləri ilə keçirdiyi görüşləri yeni texnoilogiyalar, süni intellekt, innovasiya və sənaye quruculuğunda açılan pəncərədir. Azərbaycanın qlobal çağırışlar və yeni trendlər fonunda öz iqtisadiyyatının dayanıqlı inkişafını, potensialını artırmaq iradəsi ABŞ-ın da innovasiya-investisiya baxışları ilə üst-üstə düşür, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühitinin yeni tranzilərini birləşdirir. “EXIM Bank” kimi nəhəng qlobal maliyyə institunun davamlı dəstək niyyəti isə sərmayələrdə axının qapısını aşacaq. Digər əməkdaşlıqlar da Amerikanın güclü iqtisadi dəstəyi və sərmayə axınları sayəsində Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və yeni bilik və bacarıqları ehtiva edən sahələrin inkişafına möhkəm baza yaradacaq. Bu isə iqtisadiyyatda innovasiyaların tətbiqini və rəqəmsallaşmanın genişləndirilməsini sürətləndirəcək. Bir sözlə, enerji və qeyri-enerji sahəsində atılacaq addımlar Azərbaycan iqtisadiyyatında yüksək əlavə dəyər yaradan sahələriirəlilələdəcək, xarici tərəfdaşlarla əlaqələrin gücləndirəcək və bölgədə tərəflərin cəlb olunduğu böyük investisiya layihələrinin icrası üçün yeni perspektivlər açacaq.

Azərbaycan bu istiqamətdə inkişaf edəcək, ölkənin iqtisadiyyatını şaxələndirəcəyik və bu gün də olduğu kimi, işsizliyi daha da azaldacaq, eyni zamanda, regionda digər dövlətlərin də qoşulduğu iqtisadi rifah həmrəyliyi formalaşdıracaq.
Beləliklə, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və imzalanan sənədlər iqtisadi sahədə çoxşaxəli əməkdaşlıq əldə etmək üçün möhkəm zəminlər yaradır. 

Elbrus Cəfərli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Avqust 2025 01:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri