Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Azərbaycan və ABŞ arasında yeni əməkdaşlıq dövrü başlayır ŞƏRH EDİLDİ

Azərbaycan və ABŞ arasında yeni əməkdaşlıq dövrü başlayır ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan xarici siyasətində balanslaşdırıcı yanaşmaya üstünlük verir. Ölkəmiz beynəlxalq arenada qlobal güclərə qarşı tərəfsiz qalaraq, maraqlarını qorumağa və müstəqil siyasət yürütməyə çalışır".Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və şimalla, cənublə, şərqlə, qərblə əməkdaşlığını genişləndirməkdə davam edir. Həm iqtisadi, həm də siyasi sahədə balanslaşdırılmış siyasət yürüdülür və bu siyasətin əsasını beynəlxalq hüquq prinsipləri təşkil edir: "Amerika Birləşmiş Ştatları (ABŞ) dünya səhnəsində güc mərkəzi kimi iqtisadi və siyasi təsir gücünə malikdir. Belə bir dövlətlə maraqların uzlaşdırılması və münasibətlərin inkişafı Azərbaycanın milli və dövlət maraqlarına tam uyğundur.

Məlumdur ki, Tramp hakimiyyətindən əvvəl ABŞ ilə Azərbaycan arasında müəyyən soyuqluq mövcud idi. Bayden dövründə isə Azərbaycana qarşı gərgin münasibət hiss olunurdu və bu siyasət əsasən Ermənistan vasitəsilə həyata keçirilirdi. 907-ci düzəlişin tətbiqində israr edilərək Azərbaycan təzyiqə məruz qoyuldu. ABŞ Konqresində Azərbaycan əleyhinə dinləmələr keçirildi və bütün bunlar iki ölkə arasında əlaqələrin soyumasına səbəb oldu. Lakin Trampın hakimiyyətə gəlməsi ilə dünya geosiyasi vəziyyəti dəyişdi və Azərbaycan–ABŞ əlaqələri yaxşılaşdı. Bu, dövlət başçıları arasındakı şəxsi münasibətlərə də öz təsirini göstərdi. Bu baxımdan, Azərbaycan Prezidenti ilə ABŞ Prezidenti arasında keçirilən yüksək səviyyəli işgüzar görüş iki ölkə arasındakı münasibətlərin yenidən inkişaf etdiyinin mühüm göstəricisidir.

Bu münasibətlər gələcəkdə siyasi və iqtisadi sahədə yeni səviyyəyə yüksələcək, yeni əməkdaşlıq era­sı başlayacaq. Hər iki dövlətin maraqları üst-üstə düşdüyü üçün münasibətlər daha da möhkəmlənəcək. ABŞ-ın Cənubi Qafqaz regionunda mühüm maraqları var və bu maraqları Azərbaycanla uzlaşdırmadan həyata keçirmək mümkün deyil. Xüsusən, Zəngəzur dəhlizinin uzunmüddətli fəaliyyətə başlaması üçün bu əlaqələrin yaxşılaşdırılması zəruridir.

Azərbaycanlıların müəyyən narahatlıqlarına baxmayaraq, ABŞ-ın Cənubi Qafqazda maraqlarını həyata keçirməsi təbii qarşılanmalıdır, çünki regionda aparıcı dövlət olaraq Azərbaycan razılığını almadan bölgədə hər hansı layihənin uğurla həyata keçirilməsi mümkün deyil. ABŞ-ın Cənubi Qafqazda strateji maraqları var və bu maraqları Azərbaycanla əlaqələri gücləndirmədən təmin etmək mümkün deyil. Azərbaycanda da ABŞ ilə münasibətlərin strateji əhəmiyyət daşıdığı vurğulanır".

Politoloq qeyd edir ki, Azərbaycanın xarici siyasətinin təməlində balans siyasəti dayanır. Dövlət qonşularla yanaşı yaşama prinsiplərinə sadiqdir və xüsusilə Ermənistan ilə münasibətlərdə Rusiyanın vasitəçiliyi ilə müxtəlif təşəbbüslər göstərilmişdir. 2020-ci ilin 44 günlük müharibəsindən sonra Azərbaycan Prezidenti Rusiya ilə beş əsas prinsip əsasında əməkdaşlıq barədə razılaşma imzalamışdı. Təəssüf ki, Ermənistan bu konstruktiv mövqedən uzaq qalmaqda davam edir.

Uzun müddətdir gedən danışıqlar müxtəlif bəhanələrlə uzadılır, nəticədə isə vəziyyət dəyişmir. Azərbaycan həm regional, həm də qlobal səviyyədə siyasətini balanslaşdırmağa davam edir. Bu siyasət regionda sülhün bərqərar olunması və beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin güclənməsi istiqamətindədir. Azərbaycan Prezidenti həm regionda, həm də qlobal səviyyədə sülhün təmin olunması üçün təşəbbüslər göstərir.

İsrail ilə Suriya arasında vasitəçilik rolunu Azərbaycan oynadı, Türkiyə ilə İsrail arasındakı münasibətlərin yaxşılaşmasında Azərbaycan Prezidentinin mühüm xidmətləri oldu. Eyni zamanda, Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşmasında da Azərbaycan Prezidentinin rolu əhəmiyyətlidir. Beləliklə, Azərbaycan Prezidenti həm daxildə, həm də dünyada sülh fəlsəfəsini həyata keçirir, qonşularla sülh şəraitində yaşamağa çalışır və beynəlxalq səviyyədə sülh missiyasını uğurla davam etdirir. Çünki regionda və qlobal səviyyədə sülhün olmaması iqtisadi maraqların reallaşmasına ciddi əngəl yaradır.

Bu səbəbdən Azərbaycan xalqı, nə qədər kiçik olsa da, xarici siyasətdə və beynəlxalq arenada söz sahibi olmaq imkanlarını artırır. Bu, ABŞ Prezidenti Trampın Mespah Konfransında Azərbaycan Prezidenti haqqında söylədiyi yüksək qiymətləndirmə ilə də təsdiqlənir. Azərbaycan Prezidentinə olan diqqət və hörmət onun regionda və qlobal səviyyədə nüfuzunun artdığını bir daha göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Avqust 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri