Icma.az
close
up
RU
ABŞ və İran arasında bu iki ölkənin vasitəsilə gizli təmaslar davam edir AÇIQLAMA

ABŞ və İran arasında bu iki ölkənin vasitəsilə gizli təmaslar davam edir AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"ABŞ-nin İranın nüvə proqramına dair yeni sanksiyalar elan etməsi Vaşinqtonun Tehrana qarşı “maksimum təzyiq” siyasətinə qayıtdığını göstərir. Sanksiyalar əsasən İranın ballistik raket texnologiyası və uran zənginləşdirmə fəaliyyətlərinə yönəlib".

Bu fikirləri Redaktor.az-a politoloq Tural İsmayılov  ABŞ-nin İranın nüvə proqramı ilə bağlı narahatlıqları fonunda Tehrana qarşı yeni sanksiyalar elan etməsindən danışarkən bildidi.

"Tehran isə bu addımı “qanunsuz və düşməncəsinə” qiymətləndirərək uranı 60%-ə qədər zənginləşdirməyə davam edir. 5-ci raund öncəsi belə sərt ritorikalar diplomatik masada gərginliyin artdığını göstərir. Bununla belə ABŞ və İran arasında dolayı danışıqlar vasitəsilə müəyyən yumşalmalar müşahidə olunur. O cümlədən Oman və Qətər vasitəçiliyi ilə “gizli təmaslar” davam edir. Vaşinqton üçün əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaq, Tehran üçünsə sanksiyaların yumşaldılmasıdır", - deyə o qeyd etdi.

T.İsmayılovun sözlərinə görə, İran daxili iqtisadi təzyiqlər səbəbilə masa arxasında qalmağa məcburdur.

"2025-ci ilin birinci rübündə ölkədə inflyasiya 45%-i keçib, rial tarixi minimuma enib. ABŞ isə yaxın seçkilər öncəsi regionda stabillik görüntüsü yaratmaq istəyir. Bu balans fonunda razılıq əldə olunması tam mümkündür, lakin bu, “tam saziş” deyil, “çərçivə razılaşması” ola bilər. İsrailin mövqeyi isə prosesə ciddi təsir göstərir. Təl-Əviv artıq mümkün razılaşmanı “zəif və təhlükəli” adlandırıb. BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddətinin dolması da tərəfləri yeni format axtarışına məcbur edir. İranın “Asiyaya baxış” strategiyası çərçivəsində Çin və Rusiya ilə yaxınlaşması ABŞ-ni regionda daha sərt addımlar atmağa vadar edə bilər. Nəticə etibarilə, razılıq mümkündür, amma bu razılaşma daha çox “geosiyasi atəşkəs” xarakteri daşıyacaq", - deyə politoloq bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 May 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri