Icma.az
close
up
RU
“Avropa İttifaqı bu layihəyə görə Azərbaycana vəsait ayıra bilər” Deputat

“Avropa İttifaqı bu layihəyə görə Azərbaycana vəsait ayıra bilər” Deputat

Icma.az, 525.az saytına istinadən bildirir.

“Azərbaycanla Avropa İttifaqı arasında dialoqumuz kifayət qədər uğurlu şəkildə irəli aparılır. İndi bu dialoqun nəticəsi vacibdir. Söhbət ikitərəfli əməkdaşlıqla bağlı sənəddən gedir. Həmin sənədlə bağlı bir neçə məqam razılaşdırılmamış qalsa da, ümumən demək olar ki, 90-95 faiz işlənib”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

O bildirib ki, sənəd təsdiq olunmaq üçün həm Avropa Parlamentindən, həm üzv ölkələrin parlamentlərindən keçməlidir:

“Yada salsaq ki, o parlamentlərin bəzilərində Azərbaycana qarşı müxtəlif bəyanatlar qəbul olunub, belə olan halda təbii ki, sənədə də bir əmma qoyacaqdılar. Azərbaycana qarşı hansısa qəbulolunmaz əlavələr, düzəlişlər, tələblər irəli sürə bilərdilər ki, bununla da sənəd orda ilişib qalacaqdı. Ona görə də biz sazişin işlənib təsdiqə göndərilməsinə tələsdirmirdik. Ancaq indi ab-hava dəyişib, hamı anlayır ki, Azərbaycan-Ermənistan sülh müqaviləsi paraflanıb, imzalanması, təsdiqlənməsi gündəlikdədir. İndi hansısa manelər yaradan bəyanatlarla, tələblərlə çıxış etmək yersizdir. Ancaq hələlik elə qüvvələr var ki, götürüb Qarabağ ermənilərinin hansısa xüsusi imtiyazlarla qayıdışının, yaxud Azərbaycanda “hərbi əsirlər” adlandırdıqları şəxslərin, - halbuki onlar cinayətkardırlar -, buraxılması tələblərini ortaya ata bilərlər. Düşünürəm ki, məsələləri nəzarətdə saxlayaraq irəli getmək lazımdır”.

Deputat hesab edir ki, istənilən halda tərəflər üçün əhəmiyyətli olan üç əsas məsələ var: “Bunlar energetika sahəsi, kommunikasiyalar və təhlükəsizlikdir. Azərbaycan bu gün bölgədə Yaxın Şərq, Mərkəzi Asiya üçün təhlükəsizlik məsələsinə görə ən önəmli bir dövlətdir. Azərbaycanla bu sahədə həm əməkdaşlıq etmək, həm dialoq aparmaq Avropa İttifaqı üçün də əhəmiyyətlidir. Ona görə də düşünürəm ki, ikitərəfli sənədin imzalanıb ratifikasiyaya göndərilməsi hələlik bəlkə baş tutmasa belə, əsas sadaladığım istiqamətlərdə həm dialoq, həm əməkdaşlıq irəli aparılacaq”.

Zəngəzur dəhlizində Aİ-nin mümkün iştirakçılığına gəlincə, R.Musabəyov deyib ki, Azərbaycan birtərəfli qaydada Ermənistan sərhədinə qədər dəmir yolunun və avtomobil yolunun müasir standartlara uyğun şəkildə gələn ilin ortası, ən uzağı axırı üçün inşasını Ağbəndə kimi başa çatdıracaq. Mehridən keçən yolun maliyyələşməsini ABŞ öz üzərinə götürüb: “Ermənistana bu məqsədlə 145 milyon dollar vəsait ayırıb. İndi Naxçıvanda olan yol qalıb ki, o yol mövcuddur, ancaq demək olar ki, 35 ildir çox nadir hallarda istifadə olunub. Biz istədiyimiz sürəti təmin etmək istəyiriksə, yolun mütləq şəkildə modernləşdirilməsi, yenilənməsi gündəlikdə olmalıdır. Avropa İttifaqı bu layihəyə görə Azərbaycana investisiya ayıra bilər, necə ki, bu gün Ermənistan ərazisində Şimal-Cənub adlanan avtomobil yoluna vəsait ayırıb. Həmin yol Avropaya lazım deyil, İran onu Avropanın puluna inşa edir və əslində bu, İrana lazımdır. Avropa İttifaqı isə buna pul ayırır. Halbuki Mərkəzi Asiyaya çıxış əldə etmək üçün bütün qatarlar, avtomobillər Naxçıvandan keçməlidir. Ona görə əllərin ciblərinə salmalıdırlar. Biz bunu öz vəsaitimiz hesabına onsuz da edəcəyik, amma Avropa üçün ondan istifadə olunması şərtləri heç də ürəkləri istəyən şəkildə olmayacaq”.   

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Dekabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see184

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see177

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see159

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see144

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see143

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see142

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see141

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see141

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see139

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see139

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see131

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see129

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see128

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see128

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see127

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see125

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri