Icma.az
close
up
RU
ABŞ və Ukrayna anlaşdı: “Tramp göstərmək istəyir ki...

ABŞ və Ukrayna anlaşdı: “Tramp göstərmək istəyir ki...

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ və Ukrayna arasında “minerallar anlaşması” adı ilə tanınan “Bərpa üzrə İnvestisiya Fondunun yaradılması haqqında saziş” imzalanıb. Bu sənəd Ukraynanın müharibədən sonrakı yenidən qurulması və təbii sərvətlərinin potensial istismarı çərçivəsində strateji əməkdaşlığı tənzimləyən çərçivə sazişi kimi qiymətləndirilir. Saziş texniki detalları hələlik ehtiva etmir, onlar daha sonra imzalanacaq əlavə sənədlərlə dəqiqləşdiriləcək.


Sfera.az xəbər verir ki, politoloq Şahin Cəfərli anlaşma ilə bağlı geniş təhlil təqdim edib.

Onun sözlərinə görə, sənədə əsasən, Ukraynanın yeraltı və yerüstü sərvətləri, o cümlədən ərazi sularındakı ehtiyatlar dövlətin mülkiyyətində qalacaq. Tərəflərin yarı-yarıya (50-50) iştirakı ilə yaradılan fonda Ukrayna hökuməti gələcəkdə veriləcək lisenziyalar və yeni yataqlardan əldə ediləcək gəlirin yarısını yönəldəcək. ABŞ isə fonda həm maliyyə, həm də hərbi yardımlar şəklində töhfələr verəcək. Bununla yanaşı, amerikalılar fonda əlavə investisiyalar və qabaqcıl texnologiyalar cəlb etmək öhdəliyini də üzərlərinə götürürlər.


“Anlaşma Trampın daha əvvəl səsləndirdiyi bəyanatlara uyğundur. Burada Ukraynanın borcu və onun qaytarılması məsələsi yoxdur. Məncə, bu razılaşma Trampın seçki öncəsi daxili auditoriyaya mesaj vermək üçün hazırlanıb. O, "Bayden Ukraynaya havayı pul verirdi, mən isə müqabilində real nələr əldə edirəm" fikrini formalaşdırmaq istəyir”, – deyə Şahin Cəfərli bildirib. 


Sazişin şərtlərinə əsasən, Fondun gəlirlərindən nə ABŞ-də, nə də Ukraynada vergi tutulmayacaq. Fondun vəsaitləri yalnız Ukraynanın daxilindəki layihələrə yönəldiləcək. Bu, əslində ABŞ şirkətləri üçün müharibədən sonra Ukraynanın bərpası prosesində ciddi imkanlar yaradır. Cəfərli bu məqamı xüsusi vurğulayır:


“Böyük ehtimalla ABŞ şirkətləri Ukraynanın bərpası ilə bağlı layihələrdə əsas rollardan birini oynayacaqlar. ABŞ maliyyə naziri Bessentin "Rusiya hərb maşınının təchizatında iştirak edənlər Ukraynanın bərpasından yararlana bilməyəcək" fikri də bunu təsdiqləyir”.


Bununla belə, politoloq sazişin ABŞ üçün konkret iqtisadi faydalarının indiki mərhələdə hələ tam aydın olmadığını bildirir:


“Ukraynanın təbii sərvətlərinin real miqyası, onların istismarının iqtisadi səmərəliliyi sual altındadır. ABŞ-nin bu sazişdən nə əldə edəcəyi ehtimal ki, texniki razılaşmada daha dəqiq ifadə olunacaq”.


Şahin Cəfərlinin fikrincə, hazırkı mərhələdə bu sazişin Ukrayna üçün daha çox siyasi əhəmiyyəti var.


“Bu anlaşma ABŞ-nin Ukraynanın gələcəyinə inandığını və bu gələcəyə yatırım etməyə hazır olduğunu nümayiş etdirir. Bu müharibə sadəcə ərazi mübahisəsi deyil. Bu, rus imperializminin Ukrayna milli dövlətçiliyini və identikliyini məhv etmək üçün həyata keçirdiyi etnosid yönümlü hücumdur. ABŞ bu sənədlə Ukraynanın təhlükəsizliyinə və qlobal sistemə inteqrasiyasına dəstəyini açıq şəkildə bəyan edir”.


Məlumat üçün qeyd edək ki, sənədin imzalanmasından dərhal sonra ABŞ tərəfi Ukraynaya 50 milyon dollarlıq hərbi məhsulun ixrac ediləcəyini açıqlayıb. Bu, Tramp administrasiyası dövründə Ukraynaya təqdim olunan ilk hərbi yardım paketi olacaq.

Digər tərəfdən, ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi də gündəmdədir. Sənədə artıq 72 senator dəstək verib ki, bu da üçdə ikidən çox səslə qəbul üçün yetərlidir. Layihəyə əsasən, Rusiyadan neft, qaz, uran və digər enerji resursları alan ölkələrə 500 faizədək rüsum tətbiq olunması nəzərdə tutulur.

Bu yeni siyasi-iqtisadi addımların fonunda ABŞ-nin Ukrayna ilə münasibətləri yeni mərhələyə qədəm qoyur. Həm iqtisadi, həm də hərbi dəstəyin strukturlaşdırılması, Ukraynanın gələcək inkişafında ABŞ-nin əsas aktorlardan biri kimi çıxış edəcəyinə işarə edir.


Bəsti Rəfizadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://sfera.az
archiveBu xəbər 01 May 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri