Icma.az
close
up
RU
ABŞ Venesuela qarşıdurmasının pərdəarxası: Enerji, siyasət və gələcək ssenarilər

ABŞ Venesuela qarşıdurmasının pərdəarxası: Enerji, siyasət və gələcək ssenarilər

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin Venesuela sahillərinə hərbi qüvvələr göndərməsi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.

Rəsmi Vaşinqton bunu “narkotiklərlə mübarizə” çərçivəsində izah etsə də, analitiklər bunun daha geniş geosiyasi məqsədlərə xidmət etdiyini bildirirlər. Venesuelanın zəngin enerji ehtiyatları, Rusiyaya və Çinə yaxınlığı məsələyə əlavə ölçü gətirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ üçün Venesuela sadəcə regional qonşu deyil, həm də dünyanın ən böyük neft ehtiyatına sahib ölkədir. Onun sözlərinə görə, Vaşinqton enerji bazarlarında təsirini qorumaq üçün bu resursların kimin nəzarətində olmasına xüsusi diqqət yetirir:

“Eyni zamanda Karib hövzəsi ABŞ-ın “arxa bağı” sayıldığından orada Rusiya və Çin kimi güclərin möhkəmlənməsi strateji risk kimi görülür. Buna görə də, ABŞ həm siyasi, həm də hərbi vasitələrlə Venesuelanı öz təsir dairəsinə qaytarmağa çalışır”.

Züriyə Qarayeva: Amerikanın yaxın dövrdə hədəfə çatacağı real görünmür

Müsdahibimiz qeyd edib ki, Vaşinqton uzun müddətdir Maduro hökumətini zəiflətməyə çalışır və müxalifəti dəstəkləməklə rejim dəyişikliyini gündəmdə saxlayır. Lakin yaxın dövrdə bu hədəfə çatmaq real görünmür, çünki Maduro hələ də ordunun və təhlükəsizlik strukturlarının dəstəyini qoruyur:

“Üstəlik, Moskva və Pekinin siyasi-iqtisadi dəstəyi onun manevr imkanlarını artırır. ABŞ daha çox təzyiq alətləri ilə ölkəni zəiflədərək gələcək dəyişikliklər üçün zəmin hazırlamaq niyyətindədir”.

Uzunmüddətli perspektivdə ABŞ-Venesuela qarşıdurmasının bölgəyə və beynəlxalq münasibətlərə təsirinə gəlincə, politoloq bildirib ki, əgər gərginlik artmaqda davam edərsə, Latın Amerikası yeni bir geosiyasi qarşıdurma məkanına çevrilə bilər. Dediyinə görə, bu, həm enerji bazarlarında qiymət dalğalanmalarını, həm də region ölkələrinin siyasi seçimlərini ciddi şəkildə təsir altına alacaq. ABŞ bölgədə təsirini möhkəmləndirmək istəsə də, Çinin və Rusiyanın güclü maraqları balansı mürəkkəbləşdirəcək.

“Beləliklə, Venesuela məsələsi lokal deyil, qlobal güclərin rəqabət meydanına çevrilib”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Sentyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see242

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see186

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see163

Payız turizmi üçün ən yaxşı şəhərlərin adları açıqlanıb...

31 Oktyabr 2025 21:06see158

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see154

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see151

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see150

Məktəblilərin intim videosu yayıldı Cinayət işi açıldı

31 Oktyabr 2025 13:48see150

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see140

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see131

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see130

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see130

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see128

Livan İsraillə müharibəni dayandırmağa hazır olduğunu açıqladı

31 Oktyabr 2025 16:15see127

Karib dənizində güclü qasırğa Melissa iki ölkədə 68 nəfərin canını aldı, itkin düşənlər var

31 Oktyabr 2025 15:27see127

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see124

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see124

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see122

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see122

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri