Icma.az
close
up
RU
ABŞ Aİ qarşıdurmasının pərdəarxası...

ABŞ Aİ qarşıdurmasının pərdəarxası...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ ilə Avropa İttifaqı arasında ciddi gərginlik hökm sürür - belə ki, artıq bir müddətdən çoxdur ki, Brüsselin və Vaşinqtonun son zamanlar həm siyasi, həm də iqtisadi müstəvidə baş verən hadisələrə, o cümlədən beynəlxalq ictimaiyyətdə yaşanan  hazırki proseslərə münasibətində fikir ayrılıqları müşahidə olunur.  ABŞ-ın yeni dövlət rəhbərinin addımları Aİ-nin və Avropa ölkələrinin liderləri tərəfindən birmənalı qarşılanmır. Demək olar ki, Vaşinqtonun yeni siyasi xətti Avropa liderlərini ciddi təşvişə salıb.  ABŞ-Aİ münasibətlərində son prosesləri dəyərləndirən bir çox ekspertlər hesab edirlər ki, ABŞ və Avropa arasında münasibətlər daha əvvəlki qaydada olmayacaq, xüsusilə də ənənəvi kollektiv Qərb anlayışı fiaskoya uğramağa doğru gedir. Onların iddialarına görə, hazırki durumda ABŞ və Aİ-nin regional təhlükəsizlik məsələsində, eləcə də iqtisadi-ticari məsələlərdə ortaq məxrəcə gəlməsi qeyri-mümkündür və gərginlik daha da dərinləşəcək.

Ukrayna, Qrenlandiya, təhlükəsizlik...

 ABŞ-Aİ münasibətlərində gərginlik bir sıra səbəblərə söykənir. Qeyd etmək lazımdır ki, Trampın Ağ Evə geri döndükdən bəri Rusiya-Ukrayna münaqişəsi ilə bağlı yürütdüyü siyasət Aİ-nin siyasi gündəmi və siyasi maraqları ilə ziddiyyət təşkil edir. Əvvəlki Bayden administrasiyasından fərqli olaraq Tramp administrasiyası Rusiya ilə Ukrayna arasındakı müharibənin tez bir zamanda sona çatmasında və atəşkəsin elan olunmasında maraqlıdır. Trampın Putin ilə təmasları daha da intensivləşdirməsi, Ağ Evdə Zelenski ilə danışıqların gərgin keçməsi, xüsusilə də fevral-mart aylarında Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda və Ciddə şəhərində təşkil olunan ABŞ-Rusiya və ABŞ-Ukrayna danışıqları bunu sübut edir.  Avropa İttifaqı və bəzi Avropa ölkələrinin liderləri isə Trampın siyasi çabalarına qarşı əks gedərək Ukraynada müharibənin davam etməsinə çalışırlar. Ağ Evin rəhbərinin münaqişənin dondurulması istiqamətində addımlar atdığı bir zamanda müəyyən Avropa ölkələri Ukraynaya maliyyə və silah-sursat yardımını davam etdirirlər. Eyni zamanda, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə Aİ-nin dəvət olunmaması, həm Vaşinqtonun, həm də Moskvanın bu danışıqları ikitərəfli qaydada aparmaqda qərarlı olması Avropa liderlərini ciddi şəkildə qəzəbləndirib.

Bununla yanaşı, yeni administrasiyanın Şimali Atlantikanın regional təhlükəsizliyinə baxış bucaqları, ən əsası da Trampın öz çıxışlarında, hətta ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Münhen Təhlükəsizlik Konfransında çıxışında ABŞ-ın Avropanın təhlükəsizliyinə bundan sonra cavabdeh olmaqda maraqlı olmayacağını bəyan etməsi, habelə Trampın Qrenlandiyanı ABŞ-a birləşdirməkdə iddialı olmasını da ABŞ-Aİ münasibətlərində gərginliyin başlıca amilləri hesab etmək olar.

İqtisadi münasibətlərdə gərginlik

Siyasi münasibətlərdə olduğu kimi iqtisadi münasibətlərdə də gərginlik yaşanır. Qeyd edək ki, Tramp fevralın 27-dəki çıxışında Avropa İttifaqından idxal olunan mallara 25 faizlik rüsum tətbiq edəcəyini bəyan etmişdi - onun sözlərinə görə, rüsumlar əsasən avtomobillərə və digər məhsullara yönələcək. Ən maraqlısı isə Qərb KİV-lərində yayımlanan son məlumatlarda qeyd olunur ki, ABŞ Avropa İttifaqının Ticarət Palatasına ticarət münaqişəsinin gərginləşməsi ilə bağlı xəbərdarlıq edilib - bildirilib ki, bu gərginlik hər il 9,5 trilyon dollar dəyərində olan transatlantik biznesi ciddi şəkildə təhdid edə bilər. Son statistik məlumatlara görə, 2023-cü ildə ABŞ ilə Aİ arasında mal və xidmət ticarətinin həcmi rekord səviyyəyə, yəni 2 trilyon dollara çatıb. Lakin  ABŞ-ın Aİ-dən idxal olunan polad və alüminiuma qarşı yeni tariflər tətbiq etməsi, Aİ-nin də buna cavab olaraq  əks tədbirlər nəzərdən keçirməsi bu müsbət dinamikanı poza bilər. Bundan əlavə, Vaşinqton Avropa şərabları və alkoqoluna da 200 faizlik gömrük rüsumu tətbiq etməyi nəzərdən keçirir. Ekspertlərin fikrincə, iqtisadi-ticari münasibətlərdə gərginlik yalnız mal dövriyyəsi ilə məhdudlaşmayacaq, həmçinin xidmət və energetika sahəsinə də təsir göstərəcək.

Tramp Aİ-dən nə istəyir?

Tramp Aİ-yə öz nifrətini və qəzəbini gizlətmir - o, çıxışlarının birində bildirib ki, Avropa İttifaqı ABŞ-a zərər vurmaq üçün yaradılıb. Sözsüz ki, Trampın Aİ-yə münasibətinin arxasında müəyyən səbəblər dayanır. Qərbdə bir çox ekspertlər qeyd edirlər ki, Tramp Avropa ölkələrinə hərbi xərcləri artırmağı tələb edir və təhlükəsizlik problemlərini özlərinin həll etməsini istəyir. Ekspertlər, həmçinin belə bir fikirdədirlər ki, Tramp Aİ-nin qayğısına qalmaq yox, əksinə ondan faydalanmaq və Aİ-ni ABŞ-dan asılı vəziyyətə salmaq niyyətindədir.  Tramp istəyir ki, Avropa ölkələri enerji resurslarını məhz ABŞ-dan idxal etsinlər.  Hətta iddia olunur ki, hazırki administrasiya Aİ və Çin arasında iqtisadi əlaqələri zəiflətməkdə maraqlıdır.

Daxili gərginlik

Aİ-nin Ukrayna ilə bağlı siyasəti, ABŞ və Rusiyaya münasibəti Aİ-nin iki üzv ölkəsi - Slovakiya və Macarıstan tərəfindən müsbət qarşılanmır. Hər iki ölkə Ukraynada müharibənin tezliklə başa çatmasını və Rusiya ilə diplomatik-siyasi və iqtisadi-ticari münasibətlərin bərqərar olunmasını istəyir. Təbii ki, hər iki ölkə rəhbərlərinin bu siyasəti Aİ-nin liderləri tərəfindən qəzəblə qarşılanır. Demək olar ki, onların siyasətinə qarşı dözümsüz münasibət sərgilənir. Slovakiyanın Baş naziri  Robert Fitso son mətbuat konfransında bildirib ki, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen martın 31-də baş tutan telefon danışığı zamanı onu Trampla danışıqlar apardığına görə təhqir edib. Baş nazirin sözlərinə görə, Lyayen onu “axmaq” adlandırıb. 

Eyni zamanda, Qərb KİV-ləri bildirirlər ki, Almaniyada bu yaxınlarda qurulacaq koalisiya hökumətinin rəsmiləri Aİ-nin üzv ölkələrini Macarıstanın baş naziri Viktor Orbana qarşı sanksiyalar tətbiq etməyə çağırırlar.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Aprel 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see617

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see469

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see363

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see251

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see247

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see245

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see243

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see237

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see228

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see222

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see219

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see217

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see213

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see206

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see202

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see189

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see183

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see179

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see178

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri