Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Abşeronda 33 yaşlı kişi bacısına və övladlarına baxmayan yeznəsini çəkiclə vurdu TƏFƏRRÜAT

Abşeronda 33 yaşlı kişi bacısına və övladlarına baxmayan yeznəsini çəkiclə vurdu TƏFƏRRÜAT

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Abşeron rayonunda 1992-ci il təvəllüdlü Asim ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı bacısının həyat yoldaşı Fəqana (adlar şərtdir – red.) xəsarət yetirib.
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin martın 9-da Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yerləşən marketin 
qarşısında baş verib. 
Qobustan rayon sakini Asim həmin gün gecə saat 1 radələrində mağazanın qarşısında yeznəsi Fəqan ilə mübahisə edib. 
Mübahisəyə səbəb Asimin Fəqana bacısından ayrıldıqdan sonra övladları ilə maraqlanmamasını irad tutması səbəbindən baş verib. 
Aralarında  şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qəsdən çəkiclə, yumruq və ayaqla Fəqanın bədəninin müxtəlif nahiyələrinə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Asimin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asim ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 
O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə yaşayır: 
“Zərərçəkmiş Fəqan mənim bacım Fəridə ilə 2015-ci ildə ailə həyatı qurub və birgə nigahdan 2 azyaşlı övladları var. Son zamanlar bacım Fəridə ilə Fəqan arasında ailədaxili mübahisələr olub. 2023-cü ilin oktyabr ayında Fəridəni Fəqan və ailəsi yola vermədikləri üçün onlar getdim və Fəridəni öz evimizə gətirdim”. 
Asim qeyd edib ki, 2024-cü ildə bacısı oğlu Mübarizin ad günü olub: 
“Mübarizin başında şiş olduğu üçün Fəqana “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə mesaj yazdım ki, uşağınla niyə maraqlanmırsan, uşağın ad günüdür. Bu zaman Fəqan da yazdı ki, mənə nə uşaq lazımdır, nə də heç kim lazım deyil. Bundan sonra Fəqanla uşağın xəstəliyi ilə əlaqədar bir az yazışdım. Bundan sonra Fəqan mənimlə kobud danışdı, görüşmək istədiyini bildirdi. Mənə dedi ki, ailə işimə qarışma. Mən də saat təxminən gecə 1 radələrində qardaşım Əli ilə birlikdə Fəqanın dediyi yerə getdim. Orada Fəqanla görüşdüm. Həmin vaxtı Fəqan heç bir əsas olmadan məni söyməyə başladı. Mən də Fəqana uşağı ilə niyə maraqlanmamasını dedim. Elə bunun üstündə aramızda mübahisə baş verdi. 
Mübahisə zamanı Fəqan sol əli ilə başımın sağ nahiyyəsinə yumruq zərbəsi endirdi. Mən də özümü qorumaq üçün əlim ilə Fəqanın sifətindən vurdum. Bundan sonra Fəqan avtomobilə qaçaraq çəkic götürdü və məni vurmaq istədi. Fəqanın əlindən çəkici aldım. Fəqan məni vurmaq istəyəndə mən də ona zərbə endirdim. Lakin birinci Fəqan məni vurub. Həmin vaxtı qardaşım Əli bizi ayrmağa çalışdı. Sonradan isə Əli bizi ayırdı. Mən Əli ilə evimizə getdim. Əli orada Fəqanı vurmayıb. Onu yalnız mən vurmuşam. Dəfələrlə Fəqanla barışmağa cəhd etmişəm. Amma nəticə əldə olunmayıb”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Fəqanın sözlərinə görə, ailə üzvləri ilə birlikdə yaşayır: 
“2015-ci ildə Fəridə ilə ailə həyatı qurmuşam. Birgə nigahdan 2 azyaşlı övladımız olub. Ailə həyatı qurduqdan sonra münasibətlərimiz normal olsa da, lakin son zamanlar Fəridə ilə ailədaxili mübahisələrimiz oldu”. 
Fəqan qeyd edib ki, sonuncu dəfə 2023-cü ilin iyul ayında evdə olan zaman Fəridə ilə mübahisəsi yaranıb: 
“Fəridə dedi ki, mən başımı bağayıb hicaba keçmək istəyirəm. Mən də buna öz etirazımı bildirdim və Fəridənin hicabla gəzməsini istəmədiyimi bildirdim. Elə bunun üstündə Fəridə ilə aramızda mübahisə baş verdi. Mən də Fəridənin uzun paltarlar almısını gördüm və valideyinlərinə zəng vurdum, qızlarını aparmalarını dedim”. 
Zərərçəkmiş bildirib ki, daha sonra 2023-cü ilin oktyabr ayında Fəridənin valideyinləri gələrək onu aparıblar:
“Həmin vaxtı azyaşlı iki övadım da Fəridə ilə birlikdə getdilər. Bir müddətdən sonra qaynım Asimə zəng vuraraq övladlarımı görmək istədiyimi bildirdim. Asim də mənə rayonda olduqlarını dedi. Sonradan müxtəlif bəhanələr ilə övladlarımı mənə göstərmədilər. Bundan sonra Fəridə mənimlə rəsmi qaydada boşanmaq üçün məhkəməyə müraciət etdi”. 
Fəqanın sözlərinə görə, 2024-cü ilin martın 9-da, gecə saat təxminən 1 radələrində evdə olan zaman qaynı Asim ona “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə mesaj yazıb və oğlunun şəkilini göndərib, onu təhqir edib: 
“Bundan sonra zəng vuraraq nəyə görə övladım ilə maraqlanmadığımı dedi. Bununla əlaqədar aramızda mübahisə yarandı. Mənimlə görüşmək istədiyini bildirdi. Mən də evdə olduğumu və məhəllədə onunla görəşə biləcəyimi bildirdim. 
Təxminən 15 dəqiqədən sonra Asim zəng vurdu ki, M.Hüseynzadə küçəsində yerləşən marketin qarşısındadı. Mən də özümə məxsus olan avtomobilimdə əyləşərək onu gözlədim. Bu zaman Asim zəng vurdu ki, binanın qarşısındadır. Mən də avtomobildən düşərək Asimə yaxınlaşdım. Həmin vaxtı Asimin yanında qardaşı Əli də olub. Mən Asimgilə yaxınlaşdım. Bu zaman Asim  dedi ki, çəkilək kənarda olan aptekin qarşısına. Mən həmin vaxt hiss etdim ki, Asim içkilidir”.
Zərərçəkmiş daha sonra ifadəsində təqsirləndirilən şəxslə mübahisə etməsindən, təqsirləndirilən şəxs və onun qardaşı Əlinin onu vurmasından danışıb: 
“Əli mənim sağ qolumdan tutaraq dartdı. Həmin zaman Asim də sifətimin sol nahiyyəsindən, yəni qulaq nahiyyəmdən yumruqla vurdu. Mən də ani olaraq dayandım. Bu vaxtı avtomobilimə qaçaraq arxa yük yerini açdım, orada olan şəxsi istifadəmə aid olan çəkici götürdüm və özümü müdafiə etmək istədim. Bu anda Asim  avtomobilin arxasından üstümə gəldi və çəkici əlimdən aldı. Asim çəkiclə sağ arxa baş nahiyyəmdən zərbə ilə vurdu. Həmin anda mən 4-5 saniyəlik huşsuz olub. Mən yerə yıxılan zaman Asim dizi ilə burun nahiyyəmdən bərk zərbə ilə vurdu, mənim burnum sındı. Sonra Asimgil dayanmadan bəbənimin müxtəlif yerlərinə zərbələr endirdi, sonra qardaşı ilə birlikdə getdilər. Mən də bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim”. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Asim 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 May 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri