Icma.az
close
up
RU
Abu Dabi görüşü: Regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində daha bir addım

Abu Dabi görüşü: Regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində daha bir addım

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi şəhərində keçirilmiş görüş regionda de fakto mövcud olan sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində daha bir addımdır.
Heç bir vasitəçi tərəf olmadan keçən görüşdə ikitərəfli normallaşma prosesi, habelə sərhədlərin delimitasiya prosesinə dair aparılmış uğurlu iş təqdir edilərək bu istiqamətdə təmasların davam etdirilməsi yönündə müvafiq komissiyalara tapşırıqların verilməsi diqqət çəkir. Ən önəmlisi isə, bu danışıqlar Azərbaycanın post-münaqişə dövründə irəli sürdüyü real və haqlı tələblərinin təzahürü idi. Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi, Minsk qrupunun fəaliyyətinə son qoyulması, həmçinin Zəngəzur dəhlizi və regional kommunikasiyaların açılması kimi məsələlər əminik ki, danışıqların mərkəzində yer alıb. Ermənistan tərəfindən verilən açıqlamalar tezliklə Konstitusiya dəyişikliyinə gediləcəyini göstərir.
Prezident İlham Əliyev bir müsahibəsində qeyd etmişdi ki, “Sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur". Bu ifadə ilə o, sülhün təkcə rəsmi sənədlər və ya siyasi razılaşmalarla məhdudlaşmadığını göstərmişdi. Sülh yalnız sənədlərdə yox, insanların düşüncə və davranışlarında, cəmiyyətlər arasındakı münasibətlərdə olmalıdır. İctimai konsensus dedikdə, cəmiyyətin böyük əksəriyyətinin sülhə dəstək verməsi, qərəzli düşüncələrdən uzaqlaşmasıdır. Prezident qeyd etmişdi ki, bu məqsəd üçün isə ictimai fon, ünsiyyət lazımdır. Sülhün və işğalın açdığı yaraların sağalması yalnız vaxtın keçməsi ilə deyil, eyni zamanda düzgün sosial və mədəni mühitin yaradılması ilə mümkündür. İctimai fon cəmiyyətin sülh prosesinə hazırlanması və etimad mühitinin yaradılmasıdır.
Ölkəmiz bu təşəbbüslə dünyaya sülh mesajlarını hər fürsətdə çatdırır. Regionda yeni reallıqlar yaradan, üç onillik hökm sürən ədalətsizliyə son qoyaraq mövcud nizamı öz xeyrinə dəyişən Azərbaycan sülh təşəbbüskarı və tərəfdarı ölkə olaraq bu mövqedə prinsipialdır və proqnozlaşdırmaq olar ki tezliklə öz hədəflərinə çatacaq.
Ölkəmizin bu yanaşması münaqişə şəraitində olan ölkələrə nümunədir. Prezident İlham Əliyevin qətiyyəti və güclü iradəsi sayəsində ərazilərimiz işğaldan azad olunduğu və hazırda da dirçəldiyi kimi, bütün proseslərin davamında imzalanacaq sülh sazişi ilə də regionda tamamilə yeni bir dövr başlaya, Cənubi Qafqazın sürətli dirçəlişi mümkün ola bilər.
Normallaşma prosesi təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionunun rifahı, inteqrasiyası və təhlükəsizliyi üçün də həyati əhəmiyyət daşıyır. Azərbaycanın sülhdə təşəbbüskar mövqeyi ona beynəlxalq ictimaiyyətin etimadını daha da möhkəmləndirir. Bu kimi addımlar Azərbaycanın möhkəm diplomatik iradəsi və strateji baxışları nəticəsində əldə edilmiş növbəti mühüm diplomatik nailiyyətidir.
Pərvanə Vəliyeva,
Milli Məclisin üzvü
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 İyul 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see190

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see166

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri