Icma.az
close
up
RU
Açıq əməkdaşlıq prinsiplərinə əsaslanan üçmərhələli fəaliyyət planı təqdim edilib

Açıq əməkdaşlıq prinsiplərinə əsaslanan üçmərhələli fəaliyyət planı təqdim edilib

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qlobal texnologiya brendi "HONOR" ötən günlərdə texnologiya nəhəngi smartfon istehsalçısından AI cihaz ekosistem şirkəti olmaq üçün yeni korporativ strategiyası "HONOR ALPHA PLAN" ilə bağlı bütün yenilikləri də elan edib. Bu üçmərhələli plan, "HONOR"un yeni ağıllı dünyaya keçid etmək üçün atacağı cəsarətli addımları ətraflı şəkildə təsvir edir və sənayeni insan potensialını maksimuma çatdıran və nəticədə bütün bəşəriyyətə fayda verən açıq, dəyər mübadiləsi ekosistemi yaratmağa çağırır. Öz öhdəliyinin sübutu olaraq, "HONOR" bu gün bu planı maliyyələşdirmək üçün növbəti beş il ərzində 10 milyard ABŞ dollarından çox sərmayə yatıracağını elan edib.

Sözügedən bu plan üç əsas mərhələdən ibarətdir. İlk mərhələ yüksək intellektə sahib cihazların yaradılmasıdır. "HONOR" AI dövründə yeni cihaz modellərini formalaşdırmaq üçün tərəfdaşları ilə texnologiya üfüqlərini dəf edərək, birgə innovasiya həllərini həyata keçirəcək. Növbəti mərhələdə sənaye sərhədlərini aşaraq, fiziki AI dövrünün təməli qoyulacaq. Son mərhələdə isə ümumi süni intellekt (AGI) dövrünə qədəm qoyaraq, "HONOR" insan potensialının sərhədlərini aşmağa və yeni sivilizasiya modelini formalaşdırmağa töhfə verəcək.

"HONOR"un bu yolda ilk addımı insanyönümlü süni zəkadan istifadə edəcək intellektual telefonun yaradılması olacaq. Sözügedən bu telefon, insan potensialını maksimum dərəcədə artırmaq üçün xüsusi hazırlanaraq, "HONOR"un təqdim etdiyi qabaqcıl AI texnologiyalarını özündə birləşdirəcək.

"Agentic AI" dövrü üçün aparıcı AI texnologiyası

"Google Cloud" və "Qualcomm Technologies" ilə əməkdaşlıqda keçirilən texnologiya nümayişində "HONOR" süni intellekt agentinin "HONOR Calendar"da qeydə alınmış görüşlər və trafik məlumatlarını nəzərə alaraq üçüncü tərəf xidməti vasitəsilə masa sifariş etməyə necə kömək edə biləcəyini nümayiş etdirib.

Həmçinin istehsalçı, "HONOR"un təsvir texnologiyası üçün yeni brend olan "AiMAGE" ilə mobil fotoçəkiliş imkanlarını genişləndirir. "AI Kernel" ilə təchiz edilən "AiMAGE", "device-cloud" AI modellərini dəstəkləyən ilk həllidir. Belə ki, adi model təsvirin aydınlığı 50% artırmaq üçün 1.3 milyard parametr modelinin dəstəklənməsi tələb olunurdusa, "device-cloud"da şəkillərin keyfiyyətini kütləvi şəkildə artırmaq üçün 12.4 milyard parametr modelinə əsaslanan daha genişmiqyaslı hesablama resurslarından faydalanır.

Burada həmçinin, köhnə portretləri bərpa etmək üçün yeni "AI Upscale" xüsusiyyəti bu ilin mart ayından başlayaraq "Snapdragon® 8 Elite Mobil" platforması ilə təchiz edilmiş "HONOR Magic7" seriyasına tədricən tətbiq ediləcək.

Bundan əlavə, "HONOR" dünyanın ilk tam ekosistemli fayl paylaşma texnologiyasını da təqdim etmişdir. Bununla, istifadəçilər faylları bir və ya bir neçə "iOS" və "Android" cihazlarına köçürmələrindən asılı olmayaraq, ultra sürətli transferdən zövq ala biləcəklər. Həmçinin, istehsalçı AI "Deepfake"nin təyin edilməsi funksiyasının tezliklə beynəlxalq bazarlarda ən son flaqman smartfonlarında təqdim olunacağını açıqlayıb.

Açıq əməkdaşlıq prinsiplərinə əsaslanan üçmərhələli fəaliyyət planı təqdim edilib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Mart 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri