Icma.az
close
up
RU
Aclar və qullar dünyası KÜNCDƏN BAXIŞ

Aclar və qullar dünyası KÜNCDƏN BAXIŞ

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Elçin Bayramlı

Son vaxtlar aclıqla müalicə, müxtəlif dietalar yaman dəb düşüb. İnsanlar başa düşməyə başlayıb ki, çox yemək fayda yox, ancaq zərər verir. Ona görə də, 1 milyarda yaxın insan kökəlməmək və sağlamlığını itirməmək üçün könüllü olaraq az yeyir və bəzən də ac qalır.

Lakin dünyamızda məcburi aclıq keçirən daha 1 milyard adam var. Onlardan 300 milyona yaxını uşaqlardır. Bir uşağın acından ölməməsi üçün ayda 30 dollar tələb olunduğu dünyada trilyonlarla dollar vəsait mənasız və faydasız işlərə xərclənir. Misal üçün, dünyanın hərbi büdcəsi 2 trilyondan çoxdur ki bunun da yarısı ABŞ-ın payına düşür. Halbuki, bu vəsaitin 10-da 1-i dünyada aclığı ləğv etməyə qadirdir.

Təxmini hesablamalara görə, dünyada hər il 50 000 insan kəskin aclıq nəticəsində ölür. Qlobal yoxsulluğa dair göstəricilərə əsasən, ifrat yoxsulluqdan hər gün dünyada 30 000 uşaq vəfat edir. Hər il 11 milyon uşaq isə 5 yaşı tamam olmadan dünyasını dəyişir.

Dünyada varlı və kasıb dövlətlər, eləcə də insanlar arasında fərq kəskin surətdə artır və ildən-ilə böyüyür. 1960-cı ildə dünyanın zəngin dövlətlərinin 20%-nin gəlirləri ilə yoxsul ölkələrin 20%-nin gəlirləri arasındakı fərq 30-un 1-ə nisbətində olduğu halda, 1990-cı ildə bu fərq 60-ın 1-ə, 2000-ci ildə isə 70-in 1-ə nisbətin çatmışdı.

Dünyanın 8 ən varlı insanı 4 milyarddan çox insanın sahib olduğundan çox sərvətə sahibdir. Dünyanın 1 faiz ən varlı insanlarının sərvəti son 10 ildə 34 trilyon dollar artıb. Təkcə bu artmış məbləğ dünyadakı aclığı 20 dəfədən çox aradan qaldırmaq gücündədir.

Statistikadan göründüyü kimi, dünyada gəlir bölgüsündəki disproporsional hədd zəngin ölkələrin imkanlarını genişləndirməkdə, yoxsul ölkələri isə təhdid etməkdədir. BMT statistikalarına və Əhali Fondunun hesabatlarına görə, 1 milyarda yaxın insanın aclıqdan ölmək üzrə olduğu dünyada 1 milyarda yaxın adam əla vəziyyətdə yaşayır. Dünya nemətlərinin 80 faizlik böyük hissəsini cəmi 20 faiz əhali istehlak edir, qalan 80 faiz əhali isə cəmi 20 faizi ilə dolanır. Belə olan halda dünyada normal insan cəmiyyətindən danışmağa dəyərmi? Əlbəttə, xeyr. Biz sosial cəhətdən qoprxunc bir dünyada yaşayırıq.

Hazırda dünyada istehsal edilən ərzaq məhsulları təxmini hesablamalara görə, 12 milyard adama kifayət edəcək həddədir. Əlbətə, normal istifadə şəraitində. Lakin qeyri-bərabər bölünmə və hədsiz israfçılıq 1 milyarda yaxın adamın ac qalmasına səbəb olur. Hesablamalara görə, təkcə Amerika və Britaniyada zibilliyə atlıan qidalarla 1 milyarda yaxın adamı doydurmaq olar.

BMT-nin alimlər qrupunun hesabatında qeyd olunur ki, təbii ehtiyatlardan səmərəli istifadə olunacağı halda Yer kürəsi indikindən dəfələrlə çox insanı yedirdə bilər. Onlar bu rəqəminən azı 50-60 milyard olduğunu bildirirlər. Bəzi müstəqil tədqiqatçılar isə potensialın 100 milyarda yaxın olduğunu iddia edrilər.

Bu gün imperialist dövlətlər və onların transmilli şirkətləri 3-cü dünya ölkələrinin sərvətlərini çoxsaylı vasitələrlə amansızcasına talamaqla məşğuldurlar. Bu ölkələrdəki aclığın, yoxsulluğun yeganə səbəbi budur. Öz sərvətlərini onlara verməməkdə israr edən ölkəni Liviyanın, Suriyanıın taleyi gözləyir.

Lakin bu halda belə varlı dövlətlərdə yoxsulluq ləğv olmur. Məsələn, təkcə hərbi büdcəsi 850 milyard dollar təşkil edən Amerikada rəsmi olaraq 35-40 milyon civarında yoxsul var. Maliyyə gəlirləri yüksək olan digər ölkələrdə də vəziyyət təxminən belədir.

Qlobal şeytani qüvvələr, dünya ölkələrində siyasi, iqtisadi, sosial, mənəvi problemlərin artmasında, hərbi münaqişələrin, xaosun, qarşıdurmaların baş verməsində katalizator rolunu oynayırlar. Ölkələri, xalqları, dini icmaları bir-birinə qarşı qoyub qanlı qarşıdurmalar törədirlər. Dünyamız elə bir dəhşətli şeytani tora salınıb ki, heç cür çıxa bilmir.

Dünya maliyyə, bank, birja sisteminin, transmilli korporasiyaların, elmi-texnoloji mərkəzlərin sahibləri dünyanı öz əllərində saxlayıb idarə etmək üçün hər oyundan çıxırlar- insanlığa, təbiətə qarşı bioloji terrordan tutmuş psixotron terroradək hər cür təcavüz edilir. Əgər istəsələr dünyada hamıya hər şey çatar. Amma “hamıya hər şey çatmır” deyib, hamının sayını azaltmaq istəklərini açıq-aşkar deyilər.

Bəşəriyyət hələ də normal insan cəmiyyəti yarada bilməyib. Vəhşi meşə qanunları üzərində formalaşan kapitalizm sosial ədalətli cəmiyyət sistemi yaratmağa qadir deyil və çökmək üzrədir. Sosializmi də bəyənmədik. Nəsə yeni bir sistem tapılmalıdır. Bunu bacarağıqmı? Çətin sualdır…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 İyul 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see319

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see296

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see280

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see274

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see244

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see239

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see229

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see213

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see198

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see197

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see193

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see191

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see189

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see186

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see185

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see174

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see172

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri