Icma.az
close
up
RU
Daş sancısı Fidan Vahidin hekayəsi

Daş sancısı Fidan Vahidin hekayəsi

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Fidan Vahidin "Daş sancısı" hekayəsini təqdim edir.

Gündüz qarnını o qədər təpikləmişdim ki, düşünürdüm, körpəsi ölü doğulacaq...

Növbətçi olduğum gecələr gözümün çimirini almağa çalışırdım. Orada yuxuya getmək asan deyildi. Bütün günü zirzəmidə təpik döymək adamı çərlədirdi. Axşamlar isə gün ərzində olmazın işgəncələr verdiyin insanlarla yanaşı otaqlarda yastığa baş qoymalıydın. İnilti səsləri altında yatmağa öyrəşmişdim.

Burnumu qan qoxusu tutmuşdu. Hayana dönsəydim, hər şeyi didilmiş görürdüm. İllərimi udan bu məhbəsdə, gecənin bir aləmində, zarıltı sədaları altında, qaranlıq zirzəmidə məhbuslarla aramızdakı fərqi sorğu-suala çəkirdim.

“Biz azadıq, onlar isə məhkum. Biz hürr iradəmizlə, onlar isə bizim əmrimizlə hərəkət edirlər. Onların əllərində, ayaqlarında paslı qandallar var. Bizim əllərimiz açıqdır. Amma indi istəsəm də, otağımdan çıxıb ürəyimdən keçəni edə bilmərəm” – deyə düşünürdüm.

21 nömrəli məhkumun qışqırığının bütün zindanı başına götürdüyü o gecə gedib kamerasına baş çəkə, halını soruşa bilməzdim. Mənim əl-ayağımı kim bağlamışdı?

Bağırtı səsi kəsilmir, getdikcə daha da güclənirdi. 21 nömrəli kameradan yüksələn nalə qulaqlarımızı batırırdı. Səs kəsilənə qədər gözlədim, sonra ayağımı sürüyə-sürüyə kameraya getdim. Qapını açanda üfunət üzümü vurdu. Ürəyim bulandı. Qaranlıq boşluğa bir-iki addım atmışdım ki, ayağım yumşaq bir şeyə ilişdi.

Qadın meyiti idi.

Yerdə 21 nömrənin cansız bədəni uzanmışdı, ayağının ucunda isə körpə bir oğlan uşağı ağarırdı. Nəzarətçilər tezliklə meyiti sürüyüb kameradan çıxardılar. Uşağı ölünün əynindən çıxan cır-cındıra bələyib qucağıma verdilər. Körpə diri doğulmuşdu. Ürək çırpıntılarını əllərimlə hiss edirdim. Əlimi boğazına apardım. Bir anlıq duruxdum, yerimdə səndələdim.

O, gecənin bir aləmi zülmətdə özünü doğmuşdu...

Məhbəsdə heç kəsin kimliyi olmur. Orada hər şey eyni qatılıqda qaranlığın içində yaşayır. Həmin gecə aramıza yeni bir nəfəs qatıldı. Məhbəs ilk gündən onu da uddu.

21 nömrəli uşaq nəzarətimiz altında xadimələrin himayəsində böyüməyə başladı. Çığırtısı gündüzləri qaraqışqırığa, gecələri iniltilərə qarışdı. Bir yaşı olmamış bağıra-bağıra dil açdı. Ayaq altında sürünə-sürünə yeriməyi öyrəndi. Bir göz qırpımında yöndəmsiz bədəni formalaşdı. İylənmiş murdar əskiyə bənzəyirdi.

Böyüdükcə məhkumlarla aramızda get-gəldə qaldı. Məhkumların zəhərli dili onu korlayırdı. Bəzən uzaqdan gözümə sataşırdı: ağzının suyu axa-axa, oğrun-oğrun kameralara baxırdı. Nəzarətçilər tez təpik altına salıb döyürdülər. Mən də bir dəfə əzişdirmişdim onu.

Məhbəsin qaydası var idi: heç kim boş danışığa yol verə, məhbuslarla söhbət edə bilməzdi. Bir dəfə onu bir məhbusla danışan yerdə tutdum. Tutuldu. Əlimdəki taxta ilə qarnına necə vurdumsa, ağzından qan gəldi. O, daş kimi susmağı yaxşı bacarırdı. Dinmədi. İyrənirdim ondan. Mənə ağır gələn hər şey zamanla onun xatirəsinə çevrilirdi.

Hərənin ağzından bir şey öyrənirdi. Öyrəndiklərini yerində işlətməkdə çətinlik çəkirdi. Xadimələr yemək gətirəndə bağırırdı:
- Sağ ol, it balası it!

Uğunub gedirdik. Özümüzü tez yığışdırırdıq ki, gülməyə adət eləməsin. O, bizim kölgəmizdə dünyadan bixəbər boy atırdı. Məhbuslarla aramızda tarım çəkilmiş kəndirin üzərində gəzirdi. Ani diqqətsizlik bəs idiki, onu itirək… itirim.

O böyüdükcə, biz də hərəkətlərində, gülüşündə, səsində, söyüşündə böyüyürdük. Zindan gün-gündən kiçilirdi...

Darıxmağın meydan suladığı gecələrdən birində yanına getdim. Vaxt öldürmək üçün... Yerində dikəldi, mənalı-mənalı gözlərimə baxdı. Üzümü çevirdim. Onunla təkbətək qalanda məni tər basırdı. O isə gözünü zilləyib baxırdı. Qəfil sözə başladım:

- Adam yaman darıxır e...

- Nə üçün?

- Nə üçün yox, kim üçün...

- Cəzalandır!

- Kimi, zırrama?

- Günahkarları.

- Günah kimdədi ki?

Susduq.

O gecə yuxum daş kimi sallandı yaxamdan.

Yerin altında, məhbuslarla nəzarətçilərin arasında bir uşaq yaşayırdı. Və o uşaq mənim himayəmdə idi. Bunu çox sonralar başa düşdüm. Zamanla işimdən əvvəlki zövqü ala bilmədim. İçim içimi yeyirdi. Bilirdim, həmin gecədən sonra məndə nəsə dəyişmişdi.

Bəzən düşünürdüm: məhbəsdəkiləri bura tıxayan biri var idi… Bəs 21 nömrəli uşağı kim məhkum etmişdi?

Kaş anasının qarnındaca tələf olaydı. Adamlar doğulanda işıqlı dünyaya göz açırlar, osa qaranlığa doğulmuşdu.

İşıqlı səhərlər...

Axı mən işıqlı səhərləri görmüşdüm.

Düşüncələrim məni uzaqlara apardı. Uşaqlığımın, ilk gəncliyimin keçdiyi çay qırağına.

***

Günəşin ipisti şəfəqləri bədənimə sığal çəkir. İstidir. Çay yenə məni qoynunda gəzdirir... Suyun üzündə hər şeydən uzaq asudə-asudə üzürəm. Əmim körpünün üstündə oturub mənə göz qoyur ki, onun kimi yaxşı üzməyi öyrənim.

Birdən əmimi görmürəm, o, gözdən itir. Nəsə məni dibə doğru çəkir...

Uşaq kəmərimi dartışdırırmış. Belimdən sallanan açarları açıb ona verirəm ki, başı qarışsın. Bir müddət açarlarla oynayır, sonra divara yaxınlaşır. Açarın ucunu divara toxundurub oyuqlar açmağa başlayır. Açar suvağın üstündə hərəkət etdikcə xırçıltı səsi bədənimi gizildədir. Toxunmuram. Əlləri əsə-əsə, gücü yetdiyi qədər oyur daşın qarnını. Divar oyuq-oyuq olur. Hər dəfə açarın ucu daha dərinə batır. Qadına oxşayan divarın içində nəsə axtarır.

O an içimdə nəsə həmişəlik dəyişir. Bir qərarın astanasında olduğumu anlayıram.

Dönüb uzun-uzadı üzümə baxır. Üst-başı, sifəti toz-torpaq içindədir. Baxışlarına tab gətirməyib başımı aşağı salıram.

***

Həmin gün mən ondan birdəfəlik qurtuldum.

Otağıma qayıdıb əşyalarımı yığışdırdım...

Bakı, noyabr, 2025

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı? “Həyat eşqi”ni yazan yazıçı niyə yaşamaq istəmədi? "Bakıdan gəlmişik, azərbaycanlılar bizi qırır" - Hansı jurnalistlər 20 Yanvarı ermənilərin faciəsi kimi göstərdilər?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Fevral 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri