Icma.az
close
up
RU
ACWA Power 2025ci ilin sonunadək Azərbaycanda 240 MVt gücündə KESi tam istifadəyə verəcək

ACWA Power 2025ci ilin sonunadək Azərbaycanda 240 MVt gücündə KESi tam istifadəyə verəcək

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti 2025-ci ilin dekabrına qədər Azərbaycanda 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyasını (KES) tam istifadəyə verməyi planlaşdırır.

Bu barədə "Report"a müsahibəsində şirkətin Azərbaycan və Türkiyə üzrə meneceri Selim Güven məlumat verib.

"KES-in tikintisi uğurla davam edir. 2025-ci ildə stansiya mərhələli şəkildə - sentyabrdan noyabra qədər layihə gücünə çatdırılacaq. Xüsusilə qrafikimizə əsasən stansiyanın gücü sentyabrda 80 MVt-a, oktyabrda 160 MVt-a, noyabrda isə 240 MVt-a çatacaq", - S.Güven bildirib.

Onun sözlərinə görə, layihənin ümumi dəyəri 340 milyon ABŞ dolları təşkil edir.

"Maliyyələşdirmənin bir hissəsi şirkətin öz vəsaitinin, digər hissəsi isə banklardan alınan kreditin payına düşəcək. Biz, Avropa Yenidənqurma və İnkişaf Bankı və OPEK Fondunun daxil olduğu sindikatdan 240 milyon ABŞ dolları cəlb etmişik, 100 milyon ABŞ dolları isə öz vəsaitimizdir", - menecer qeyd edib.

Xatırladaq ki, "Xızı-Abşeron" KES-in təməlqoyma mərasimi 2022-ci ilin yanvar ayında baş tutub. Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17 ədəd, Xızı rayonunun Sitalçay kəndində isə 23 ədəd turbinin quraşdırılması planlaşdırılır. KES-də illik 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunacaq. Bu stansiyanın istifadəyə verilməsi ildə təxminən 220 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Noyabr 2024 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri