Icma.az
close
up
RU
ACWA Power 2025ci ilin sonunadək Azərbaycanda 240 MVt gücündə KESi tam istifadəyə verəcək

ACWA Power 2025ci ilin sonunadək Azərbaycanda 240 MVt gücündə KESi tam istifadəyə verəcək

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti 2025-ci ilin dekabrına qədər Azərbaycanda 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyasını (KES) tam istifadəyə verməyi planlaşdırır.

Bu barədə "Report"a müsahibəsində şirkətin Azərbaycan və Türkiyə üzrə meneceri Selim Güven məlumat verib.

"KES-in tikintisi uğurla davam edir. 2025-ci ildə stansiya mərhələli şəkildə - sentyabrdan noyabra qədər layihə gücünə çatdırılacaq. Xüsusilə qrafikimizə əsasən stansiyanın gücü sentyabrda 80 MVt-a, oktyabrda 160 MVt-a, noyabrda isə 240 MVt-a çatacaq", - S.Güven bildirib.

Onun sözlərinə görə, layihənin ümumi dəyəri 340 milyon ABŞ dolları təşkil edir.

"Maliyyələşdirmənin bir hissəsi şirkətin öz vəsaitinin, digər hissəsi isə banklardan alınan kreditin payına düşəcək. Biz, Avropa Yenidənqurma və İnkişaf Bankı və OPEK Fondunun daxil olduğu sindikatdan 240 milyon ABŞ dolları cəlb etmişik, 100 milyon ABŞ dolları isə öz vəsaitimizdir", - menecer qeyd edib.

Xatırladaq ki, "Xızı-Abşeron" KES-in təməlqoyma mərasimi 2022-ci ilin yanvar ayında baş tutub. Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17 ədəd, Xızı rayonunun Sitalçay kəndində isə 23 ədəd turbinin quraşdırılması planlaşdırılır. KES-də illik 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunacaq. Bu stansiyanın istifadəyə verilməsi ildə təxminən 220 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://sitat.info
archiveBu xəbər 14 Noyabr 2024 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see198

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see194

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see165

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see150

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see147

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see141

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see138

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see133

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see132

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see132

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see131

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see130

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see128

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see128

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see127

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see123

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see119

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri