Icma.az
close
up
RU
Ad günü trendinə ona baha başa gəldi Video

Ad günü trendinə ona baha başa gəldi Video

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda avtomobilin arxasına doğum günü ilə bağlı elan yapışdıran qadın müzakirələrə səbəb olub.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüntüləri Təhminə adlı qadın “TikTok” səhifəsində paylaşıb. O, maşının arxasına doğum günü ilə bağlı kağız yapışdırıb və bunu oxuyan digər sürücülərdən səs siqnalı verərək onu təbrik etmələrini xahiş edib.

Görüntülərdən məlum olur ki, digər sürücülər hərəkətdə olarkən səs siqnalı verərək qadını təbrik edirlər. Pozitiv görüntülər birmənalı qarşılanmayıb. Bir çoxları bu əməllərin yol hərəkətinin təhlükəsizliyi baxımından yolverilməz olduğunu vurğulayıb.

Son günlər qonşu Türkiyə və digər ölkələrin “TikTok” seqmentində bu kimi elanlar trend olub. Belə ki, bəzi insanlar övladının dünyaya gəlməsi, doğum günü, boşanması və digər əlamətdar günləri ilə bağlı avtomobillərinə elanlar yapışdıraraq diqqəti özlərinə cəlb edirlər. Hətta maşının üzərinə bank kartının nömrəsini yazıb yardım istəyənlərin olduğu da bildirilir.

Mövzu ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi polis mayoru Toğrul Nəsirli bildirib ki, yollarda avtomobillərin lüzumsuz olaraq səs siqnalından istifadə etməsi qanun pozuntusudur:

“Nəqliyyat vasitələrinin arxa şüşələrində əks etdirilən belə hallar istər-istəməz sürücülərin marağını kəsb edir, fotolara baxmağa, yazılanları oxumağa çalışırlar ki, bu səbəbdən diqqətləri yoldan yayınır və nəticədə qarşıdakı nəqliyyat vasitəsinə, piyadaya və ya hər hansı maneəyə toxunaraq qəza törədirlər.

Bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində əgər bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir və bildiririr ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcəkdir.

Mövcud qanunvericiliyin tələblərinə əsasən səs siqnallarında iki halda, yəni yol-nəqliyyat hadisəsinin qarşısının alınması məqsədilə və yaşayış yerlərindən kənarda ötmə əməliyyatını həyata keçirərkən icazə verilir. Digər hallarda isə lüzumsuz olaraq səs siqnallarından istifadə etmək qadağandır.

AR İXM-nin 329.3-cü maddəsinə əsasən səs siqnallarından istifadə qaydalarının pozulmasına görə 30 manat məbləğində cərimə də nəzərdə tutulub”.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://axsam.az
archiveBu xəbər 11 Fevral 2026 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri