Icma.az
close
up
RU
ADA Universitetində 11 ci Bahar Gənclik Festivalı keçirilib

ADA Universitetində 11 ci Bahar Gənclik Festivalı keçirilib

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Martın 14-də ADA Universiteti, ADA Universiteti Fondu və “Coca-Cola Azərbaycan”ın birgə təşkilatçılığı ilə 11-ci Bahar Gənclik Festivalı keçirilib.

SİA xəbər verir ki, festival Novruzun gəlişini qeyd etmək, milli dəyərləri yaşatmaq, yerli və xarici tələbələr arasında bayram əhvali-ruhiyyəsini bölüşmək məqsədi daşıyıb.

Tədbirdə ADA Universitetinin tələbə, məzun və müəllim heyəti, tərəfdaş qurumların əməkdaşları və mətbuat nümayəndələri iştirak ediblər. Festivalın əsas məqamlarından biri Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayevanın canlı ifası olub. Eyni zamanda, dicey Çinanın musiqi performansı, milli rəqslər və Novruz adətlərini əks etdirən xüsusi nümayişlər festival iştirakçılarına bayram ovqatı bəxş edib.

ADA Universitetinin tələbə qəbulu və xidmətləri üzrə prorektoru Günay Ziyadova artıq ənənəyə çevrilən və bu il 11-cisi keçirilən bahar festivalının təşkilində daim ADA-nın yanında olaraq, dəstək göstərən “Coca-Cola Azərbaycan”a təşəkkürünü bildirib. Əlavə edib ki, Azərbaycan xalqının milli kimliyində və mədəni irsində xüsusi əhəmiyyəti olan Novruz adətləri ADA icmasınının üzvləri arasında da həmrəyliyi möhkəmləndirir.

“Coca-Cola Azərbaycan”ın baş direktoru Rəna Məmmədova qeyd edib ki, şirkət uzun illərdən bəri Bahar Gənclik Festivalının tərəfdaşı qismində birlik və paylaşımı əks etdirən Novruz dəyərlərinin qorunub saxlanılmasına töhfə verir.

“Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov çıxışında vurğulayıb ki, Novruz ənənələri və xalçaçılıq bir-biri ilə sıx bağlıdır, çünki hər ikisi xalqımızın mədəni irsini yaşadır.

Hazırda ölkəmizdə səfərdə olan İtaliyanın Turin Universitetinin rektoru Stefano Korqnati ADA Universitetində görüşü çərçivəsində festivalda iştirak edib və Novruz təəssüratlarını bölüşüb: "Novruzun zəngin mədəni ənənələrini ADA Universitetinin dinamik mühitində yaşamaq mənim üçün unudulmaz təcrübə oldu. Bunun Azərbaycan xalqının zəngin mədəniyyətini və dəyərlərini yaşatmaqla yanaşı, həm də birlik və həmrəyliyi təşviq etdiyini aydın şəkildə hiss etdim”.

Festival çərçivəsində Novruzun əsas simvollarından olan Kosa və Keçəl müxtəlif səhnəciklərlə tədbirə rəng qatıb. Eyni zamanda, iştirakçılar üçün milli təamlardan ibarət Novruz süfrəsi təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Mart 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri