Icma.az
close
up
RU
ADA Universitetində mətbuatının 150 illiyi münasibətilə seminar keçirilib

ADA Universitetində mətbuatının 150 illiyi münasibətilə seminar keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarın açılış mərasimində çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma proqramının rəhbəri Aygün Hacıyeva universitetin fəaliyyəti, eləcə də media sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Seminar çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli “Jurnalistikanın tarixi: Papirusdan kompüterə” mövzusunda çıxış edib. O, çıxışında dünya jurnalistikasının inkişaf tarixinə nəzər salaraq, bu sahənin formalaşmasında əsas mərhələləri, ilk qəzetlərin yaranması, jurnalistikanın müxtəlif konsepsiyaları və onların xüsusiyyətləri barədə ətraflı danışıb.

Tədbir çərçivəsində, həmçinin Azərbaycanda milli mətbuatın təşəkkülü, onun inkişaf mərhələləri, maarifçilik missiyası və bu sahədə medianın rolu da müzakirə olunub. Seminar iştirakçıları üçün müasir media mühitində media etikasının aktual məsələlərinə həsr olunmuş mühazirələr və praktiki məşğələlər (vörkşoplar) təşkil edilib.

“Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında təşkil olunan seminar iyunun 20-dək davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri