Icma.az
close
up
RU
Adəm İsmayıl Bakuvi: Bakı Bratislava tərəfdaşlığında nəqliyyat və enerji əsas xəttə çevrilir

Adəm İsmayıl Bakuvi: Bakı Bratislava tərəfdaşlığında nəqliyyat və enerji əsas xəttə çevrilir

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycanın xarici siyasəti uzunmüddətli strateji hədəflərə, regional sabitlik və davamlı inkişaf məqsədlərinə,  həmçinin ölkəmizin qlobal nəqliyyat və enerji sistemində tutduğu mövqeyə söykənir. Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində söylədiyi fikirlər də bu istiqamətin ardıcıl və məqsədyönlü olduğunu bir daha nümayiş etdirdi”.

Qaynarinfo xəbər verir ki, bunu Prezident İlham Əliyevin Slovakiyaya səfərini şərh edən ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib. 

Onun sözlərinə görə, dövlət başçısının "Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayır” fikri artıq siyasi metafora deyil, reallaşmış faktdır:

"Son illər nəqliyyat, loqistika və infrastruktur sahələrinə yönəldilən iri həcmli sərmayələr Azərbaycanı Orta Dəhlizin ən sabit, təhlükəsiz və səmərəli hissəsinə çevirib. Cənab Prezidentin çıxışında Mərkəzi Asiyanı Avropa ilə birləşdirən əsas marşrutun Azərbaycan ərazisindən keçdiyinin vurğulanması rəsmi Bakının geosiyasi çəkisini daha da artıran faktordur. Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycanın iqtisadi gücünü və Avrasiya məkanındakı rolunu yüksək qiymətləndirməsi də təsadüfi deyil. Onun Azərbaycanın Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik olmasını xüsusi vurğulaması ölkəmizin Avropa üçün etibarlı tərəfdaş statusunu bir daha möhkəmləndirir".

Partiya sədri onu da bildirib ki, səfər zamanı aparılan danışıqlar  Azərbaycan–Slovakiya münasibətlərinin gələcək inkişafında nəqliyyat, enerji və iqtisadi inteqrasiyanın əsas istiqamətlər kimi ön plana çıxdığını göstərdi. Onun sözlərinə görə, Prezident İlham Əliyevin əlaqələrin və nəqliyyat sahəsinin yeni investisiyalar hesabına genişlənəcəyini bildirməsi Slovakiya üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki məhz bu sektor iki ölkəni yalnız siyasi əməkdaşlıqla deyil, real iqtisadi maraqlar ətrafında birləşdirən strateji platforma rolunu oynayır:

"Azərbaycanın bu sahədə yaratdığı müasir infrastruktur artıq ölkəmizi təkcə region daxilində deyil, Avropanın mərkəzi hissəsini də bu logistik sistemə daha sıx bağlayan mühüm bir qovşağa çevirir. Eyni zamanda, Azərbaycanın sürətlə artan enerji potensialı əməkdaşlığın gələcək istiqamətlərini müəyyən edən əsas faktor kimi çıxış edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda istifadə olunmayan təxminən iki qiqavatlıq enerji gücünün beş il ərzində səkkiz qiqavata çatdırılması, ölkəmizin enerji tranziti və yaşıl enerji ixracında yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu potensial isə yalnız Avropanın enerji təhlükəsizliyinə töhfə vermir, eyni zamanda yüksək texnologiyalar, süni intellekt və data mərkəzləri kimi enerji tutumlu sahələrin inkişafında da həlledici rol oynayacaq”.

Adəm İsmayıl Bakuvi bildirib ki, Slovakiya Prezidentinin ticarət dövriyyəsində müşahidə olunan ciddi artımı önə çəkməsi isə iqtisadi əməkdaşlığın genişlənməkdə olduğunun bariz göstəricisidir: 

"Həm Bakı, həm də Bratislava mövcud potensialdan tam istifadə edilmədiyini vurğulamaqla, əslində yaxın illərdə tərəfdaşlığın daha geniş həcmlərə çatacağına işarə edirlər. Bütün bu məqamlar Azərbaycan–Slovakiya münasibətlərinin strateji mahiyyətini daha da gücləndirir və Prezident İlham Əliyevin səfərini iki ölkə əlaqələrində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirməyə əsas yaradır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri