Icma.az
close
up
RU
Adil Mahmudov: “Fəaliyyətini bərpa edən İnşaatçı işini bilən bələdçinin əlindədir” MÜSAHİBƏ

Adil Mahmudov: “Fəaliyyətini bərpa edən İnşaatçı işini bilən bələdçinin əlindədir” MÜSAHİBƏ

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının “İnşaatçı” klubunun rəhbəri və baş məşqçisi Adil Mahmudovun İdman.biz-ə müsahibəsi

- 35 ildən sonra “İnşaatçı”nın fəaliyyətini bərpa etmək qərarını necə verdiniz?

- Bildiyiniz kimi, “İnşaatçı” ilk Azərbaycan kubokunun sahibidir. 1935-ci ildə yaranan klub 1995-ci ildə fəaliyyətini dayandırdı. Mən də 1991-ci ilin axırlarından klub fəaliyyətini dayandırana kimi orada oynamışam. Komanda dağılandan bir neçə il sonra varis elan olundum və klubu adıma keçirdim. Uzun illərdir ki, sənədlər məndə yatırdı. Bu il isə qərar verdim ki, klubu bərpa edim. “İnşaatçı” Bakı fəhləsinin komandasıdır. Çox istərdim ki, gələcəkdə Bakı fəhlələri bu komandanın ətrafında birləşsin.

- Klubun sponsoru var?

- Hazırda yeganə dəstəkçimiz AFFA-dır. Federasiya komandanı forma, top və stadion məsələsində dəstək olur. Ümid edirəm ki, ölkəmizdə fəaliyyət göstərən inşaat şirkətləri içərisində bizim kluba dəstək olan tapılacaq. Bu komanda fəaliyyətini Yüksək Liqada dayandırıb, üç-beş ilin komandası deyil, tarixi var. Bu gün iş adamları “Turan Tovuz”, “Mingəçevir” futbol klublarına dəstək olurlar. Yəqin ki, bizim komandaya da sponsor tapılar.

- Komanda olaraq əsas hədəfləriniz nələrdir?

- İndi əsas hədəfimiz Region Liqasında özümüzü yaxşı tərəfdən göstərməkdir. Əgər qismət olarsa, gələcəkdə birinci və Premyer Liqada oynamaq istəyirik. Niyə də olmasın?

- Komandanın heyəti formalaşıb? Təcrübəlilərdən kimlərsə olacaq?

- Futbolçularımız əsasən gənclərdən ibarətdir. Çoxusu öz tələbələrimdir. Bir neçə əlavə futbolçular cəlb etmişik. İnanın, hazırda elə futbolçularımız var ki, onlar oynayanda arenada hər kəs təəccüblənir ki, bu uşaqlar indiyə kimi harada olublar? Ümid edirəm ki, gələcəkdə bu heyətdən bir neçə nəfər milliyə də çağrılar.

- Köklü klubu bərpa etmək həm də məsuliyyətdir. Bu məsuliyyətdən çəkinmirsiniz?

-Xeyr. Biri var kənar adam gəlib məşğul olsun, biri də var futbol adamı. Mən Əməkdar məşqçiyəm. UEFA A kateqoriyam var. Dörd ölkədə işləmişəm. Komanda işini bilən bələdçinin əlindədir və heç bir narahatlığım yoxdur.

Aytac Sahəd
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Mart 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri