Icma.az
close
up
RU
Adiləşən hərəkətlər, qəribə görünən doğrular

Adiləşən hərəkətlər, qəribə görünən doğrular

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Gündəlik həyatımızda elə davranışlar var ki, onlar o qədər təkrarlanıb və “adi” hala çevrilib ki, artıq biz onlara reaksiya verməyi belə özümüzə ayıb bilirik. Narahat olan tərəf isə özünü günahkar hiss edir, sanki çox həssas davranıb, vəziyyətə “böyük reaksiya” verib. Halbuki günah narahat olanda yox, narahatlıq yaradanda, öz rahatlığını əbədi və toxunulmaz haqq kimi qəbul edib, başqasının varlığını görməməzlikdən gələndədir.

Xüsusilə avtomobil sahiblərinin küçələri şəxsi əyləncə mərkəzinə çevirməsi — musiqini maksimum səviyyədə açaraq, heç kimə əhəmiyyət vermədən yol boyunca “performans göstərməsi” bu problemin bariz nümunəsidir. Bu davranış kiminsə istirahətini pozur, kiminsə övladını, evində yatan xəstəsini oyadır, kiminsə sadəcə səssizliyə olan ehtiyacını tapdalayır. Görünür, bu “zövq nümayişi” başqalarının narahatlığı bahasına baş versə də həmin insana xoş gəlir…

Bu sayğısızlığın başqa bir forması — ictimai yerdə yüksək səslə telefonla danışmaqdır. İctimai nəqliyyatda, kafedə, marketdə fərq etmir: telefon zəng çalan kimi ton yüksəlir, danışıq “söhbət”dən çıxıb sanki “canlı yayım”a çevrilir. Başqalarının səssizliyə ehtiyacı, fikrə getmək arzusu, sakit bir gün keçirmək istəyi heç kimə maraqlı deyil. Çünki həmin an “onun söhbəti” daha vacibdir.

Zibili yerə atmaq… Bəlkə də bu saydıqlarımızın ən adi nümunəsidir. Zibil qutusu bir neçə addımlıq məsafədədir. Amma “tənbəllik”, “zəhmət olmasın”, “kiminsə işi onsuz da budur” düşüncəsi ağır basır. Bu, “mən atım, biri təmizləyər” rahatlığıdır və bu rahatlıq bizim şəhərlərimizin simasını kirə bürüyür.

Bu bənzərsiz eqo davranışları təkcə sözlə yox, bədən dili ilə də hiss olunur. Marketdə öz arabasını keçidə paralel qoyub başqalarının yolunu bağlayan insan da, metroda qapı önündə dayanıb çıxmaq istəyənlərə maneə yaradan sərnişin də eyni zehniyyətə sahibdir: “ən önəmlisi mənəm”.

Ən qəribə və acı tərəfi odur ki, bu davranışlara irad bildirənlər “çox həssas”, “əsəbi”, “tənqidçi” kimi görünür. Kobudluğa dözənlər sanki mədəni, anlayışlı sayılır. Bu susqunluq “bir şey deməyə dəyməz”, “onsuz da cəmiyyət dəyişməyəcək” düşüncəsi ilə başlayır. “Özümə problem yaratmayım”, “nə olsun ki” kimi fikri ilə biz bu davranışları səssizcə təsdiqləyirik. Əgər bu münasibət dəyişməzsə, normal olanı anormal kimi qəbul edəcəyik. Normal olan təəccüb doğurursa demək ki, səhvlər çoxdan yerini alıb…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 İyun 2025 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri