Icma.az
close
up
RU
Adıyaman valisi: Türkiyənin hakimiyyət orqanları zəlzələlərin fəsadlarını aradan qaldırmaq üçün maksimum səylər göstərir

Adıyaman valisi: Türkiyənin hakimiyyət orqanları zəlzələlərin fəsadlarını aradan qaldırmaq üçün maksimum səylər göstərir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Adıyaman, 3 fevral, AZƏRTAC

Adıyaman vilayəti son iki ildə Türkiyənin ən böyük tikinti sahələrindən birinə çevrilib. Dövlət 2023-cü ilin fevralında baş vermiş zəlzələlərin nəticələrini tamamilə aradan qaldırmaq üçün maksimum səylər göstərir.

Bu barədə jurnalistlərə Türkiyənin Adıyaman vilayətinin valisi Osman Varol məlumat verib.

Vali xatırladıb ki, təkcə Adıyaman vilayətində 2023-cü ilin fevral ayında 5953 yaşayış binasının dağıntıları altında xilasetmə əməliyyatları aparılıb. “Zəlzələ əyalətdə 8561 nəfərin ölümünə, 17499 nəfərin yaralanmasına səbəb olub. Xilasetmə əməliyyatları fevralın 6-dan 16-dək, o cümlədən xarici ölkələrin iştirakı ilə on gün davam edib”, - deyən vali əlavə edib ki, yeddi nəfər hələ də itkin düşənlər siyahısında yer alır.

O.Varol bildirib ki, əyalətin yaşayış fondunu təşkil edən 115 067 binadan 28 483-ü yeraltı təkanlar nəticəsində dağılıb. Daha beş minə yaxın bina əsaslı təmir və bərpa tələb edirdi.

“Ümumilikdə, Adıyaman vilayətinin mənzil fondunun üçdəbirindən çoxu zədələnib” deyən qubernator əlavə edib ki, fəlakət bölgəsində evlərini itirmiş 125 212 yerli sakinin yerləşdirilməsi üçün 2023-cü ilin fevral ayından Adıyamanda onlarla konteyner şəhərciyi yaradılıb. Eyni zamanda, vilayətin mənzil fondunun bərpası istiqamətində işlərə başlanılıb.

Təkcə Adıyamanda dövlət tərəfindən 29 987 şəhər tipli evin və 8 449 kənd binasının tikintisinə başlanılıb. “Bundan başqa, dövlət tərəfindən 12 529 evin tikintisində vətəndaşlara dəstək göstərilib. Bütövlükdə, əyalətdəki ev və yaşayış obyektlərinin ümumi sayının 36,5 faizinin bərpası nəzərdə tutulub. Tikintisi davam edən bütün yaşayış binalarının 86 faizinin sahibləri püşkatma yolu ilə müəyyən edilib”, - deyən Varol, həmçinin tikinti işlərində 182 min nəfərin iştirak etdiyini bildirib.

Vali bildirib: “Bütün layihələr rayonun memarlıq ənənələrinə uyğun hazırlanır. Vilayətə, o cümlədən sosial infrastruktura dəymiş ziyanın tamamilə aradan qaldırılması üçün addımlar atılır”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri