Adnan Əhmədzadənin əsas adamını da həbs gözləyir CİNAYƏT YOLU İLƏ ƏLDƏ OLUNAN VƏSAİTLƏR ONUN VASİTƏSİLƏ YUYULUB
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Neft biznesmeni Adnan Əhmədzadənin səs-küylü həbsi son iki gündür ki, gündəmin əsas müzakirə mövzusudur.
Bu həbslər bağlı müxtəlif versiyalar səsləndirilir.
Sirr deyil ki, həbsin gerçək səbəblərindən biri kimi onun yüz milyonlarla vəsaiti qanunsuz yolla əldə etməsidir.
Artıq ilkin məlumatlara görə, Adnan Əhmədzadəyə bağlı olan bütün biznes strukturlarında yoxlamalar olacaq.
Bu arada isə Gununsesi.info-ya Adnan Əhmədzadənin əsas biznes tərəfdaşı olan Eşqin İsmayıllı barəsində sensasion məlumat daxil olub.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Megastor Mağazalar Şəbəkəsinin sahibi olan Eşqin İsmayıllı Adnan Əhmədzadə arasında yüz milyonlarla dövriyyəsi olan anlaşmalar baş tutub.
Külli kiqdarda maliyyə ödənişlərinə söykənən bu anlaşmada əsas məqsəd Adnan Əhmədzadənin qanunsuz yolla əldə etdiyi pulları leqallaşdırmaq olub.
Mənbəmiz Eşqin İsmayıllının da bu prosesdə ağlasığmaz dərəcədə varlandığını deyib.
Onun hazırda Bakı limanında bir neçə yaxtasının, Bakıda çoxsaylı mənzillərinin, ofislərinin, hər birininin dəyəri 500 mindən baha olan avtomobillərinin olduğu bildirilir.
Mənbəmiz Eşqin İsmayıllının da DTX-da aparılan istintacaq cəlb ediləcəyini deyib.
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 22 Sentyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















