Icma.az
close
up
RU
ADNSU nun rəhbərliyi məzun şəhidlərin ailələrini ziyarət edib FOTO

ADNSU nun rəhbərliyi məzun şəhidlərin ailələrini ziyarət edib FOTO

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, Ümumi işlər üzrə prorektor Elnur İsmayılov və universitetin əməkdaşları Novruz bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarımızın ailələrini ziyarət ediblər.
ADNSU-nun bir neçə şəhid məzununun ailəsində olan dosent Rüfət Əzizov şəhidlərimizin ailə üzvləri ilə səmimi söhbət edib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın 30 ilə yaxın düşmən tapdağında olan əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdiyini deyən Rüfət Əzizov şəhidlərimizin igidliyi sayəsində bu gün suveren Azərbaycanın hər yerində uca bayrağımızın dalğalandığını deyib.

O əlavə edib ki, ADNSU-nun qəhrəman məzunlarının ailələri ilə sıx təmas saxlanılır və onlar universitet üçün hər zaman doğma, əziz insanlardır.
Universitetin nümayəndə heyəti Bakı şəhəri ilə yanaşı, Qazax, Ağstafa, Şəki, Oğuz, Neftçala, Salyan və digər rayonlarda şəhid ailələrini ziyarət edib, bayramlarını təbrik edərək xoş arzularını çatdırıb və hər zaman yanlarında olduqlarını bildiriblər.
Görüş zamanı şəhidlərin abidə kompleksləri ziyarət olunub, büstləri önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, ADNSU-nun 23 məzun şəhidi var və bu gün onların ailə üzvləri universitetin ən doğma və əziz insanlarıdır. Şəhid valideynləri ilə söhbət zamanı onlar da göstərilən diqqətə görə razılıqlarını bildirib və övladlarının vaxtilə təhsil aldıqları ADNSU-nu, eləcə də onun böyük kollektivini özlərinə doğma saydıqlarını deyiblər.










Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Mart 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see241

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see225

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see217

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see199

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see169

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see151

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see147

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see144

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see140

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see140

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see139

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see137

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see136

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see136

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see133

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see128

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see127

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri