Icma.az
close
up
RU
ADNSU qlobal təhsil platformasında: İndoneziyanın BİNUS Universiteti ilə əməkdaşlığa dair razılıq əldə olunub

ADNSU qlobal təhsil platformasında: İndoneziyanın BİNUS Universiteti ilə əməkdaşlığa dair razılıq əldə olunub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Şenjen şəhərində keçirilən nüfuzlu "QS China Summit 2026" (QS Higher Education Summit China) tədbirində iştirak edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, sammit çərçivəsində rektor Rüfət Əzizov dünyanın aparıcı ali təhsil müəssisələrinin rəhbərləri ilə birgə “Beynəlxalq əməkdaşlıq: Çin Asiya və dünya ölkələri ilə tərəfdaşlıq qurur” mövzusuna həsr olunmuş mühüm panel sessiyada məruzəçi qismində çıxış edib.

Müzakirələrdə Rüfət Əzizovla yanaşı, Malayziyanın Menecment və Elm Universitetinin (MSU) tədqiqatlar üzrə prorektoru professor Norfilza Mohd Moxtar, Çinin Honq Konq Xüsusi İnzibati Bölgəsinin Honq Konq Politexnik Universitetinin qlobal işlər üzrə prorektoru professor Gefri Qiping Şen və Böyük Britaniyanın Kral İncəsənət Kollecinin Akademik məsələlər üzrə prorektoru professor Ken Neil iştirak ediblər.

Müzakirələr zamanı beynəlxalq ekspertlər rəqabətədavamlı əməkdaşlıq modellərinin qurulması, risklərin idarə olunması və universitetlərin qlobal reputasiyasının yüksəldilməsi yollarını təhlil ediblər. Xüsusilə fərqli qitələrdəki kampuslar arasında innovasiya və mədəni mübadiləni təşviq edən ortaq ekosistemlərin yaradılmasının əhəmiyyəti vurğulanıb, birgə tədqiqat alyansları və tələbə mobilliyi kimi strateji məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sammit çərçivəsində ADNSU ilə İndoneziyanın BİNUS Universitetinin nümayəndələri arasında ikitərəfli görüş keçirilib. Görüşdə tərəflər arasında elmi-tədqiqat istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Xüsusən də doktorantların qısamüddətli elmi-tədqiqat məqsədilə qarşılıqlı səfərlərinin təşkili, tələbə-müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi və birgə elmi layihələrin icrası istiqamətində ilkin razılığa gəlinib. Görüşdə, həmçinin gələcəkdə ikitərəfli akademik əlaqələrin daha da inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

30-dək ölkədən 150-dən çox universitetin iştirak etdiyi sammit çərçivəsində təşkil olunan təhsil sərgisində ADNSU öz stendi ilə də təmsil olunub və ziyarətçilərə universitetin təhsil imkanları, ixtisasları və beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumat təqdim edilib.

Ali təhsil sahəsində beynəlxalq nüfuza malik platformalardan biri olan “QS China Summit 2026” dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, təhsil ekspertlərini və ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirir. Tədbir çərçivəsində ali təhsildə beynəlmiləlləşmə, innovasiya, keyfiyyət təminatı, strateji inkişaf, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və qlobal akademik əməkdaşlıq kimi aktual mövzular müzakirə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Aprel 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri