Icma.az
close
up
RU
ADNSU və Riqa Texniki Universiteti arasında çoxşaxəli əməkdaşlığa dair razılıq əldə olunub

ADNSU və Riqa Texniki Universiteti arasında çoxşaxəli əməkdaşlığa dair razılıq əldə olunub

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Noyabrın 26-da Latviyada işgüzar səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Riqa Texniki Universitetinin (RTU) rektoru Tālis Juhna ilə görüşüb.

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanovun təşkilatçılığı keçirilən görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları geniş müzakirə olunub və bir sıra vacib istiqamətlərdə birgə fəaliyyətə maraq ifadə edilib.

Görüşdə hər iki tərəf tələbələr, müəllimlər və tədqiqatçılar arasında mobillik mübadilə proqramlarının yaradılmasını akademik və mədəni əlaqələrin inkişafı baxımından vacib hesab edib. Bundan əlavə, qlobal çağırışların, xüsusilə davamlılıq, enerji və qabaqcıl texnologiyaların həllinə yönəlmiş birgə tədqiqat platformasının qurulması təklif edilib. ADNSU-nun doktorantura proqramlarının təkmilləşdirilməsi və elmi araşdırmaların təsirinin artırılması məqsədilə RTU-nun CERN laboratoriyaları ilə əməkdaşlıq modeli nümunəsində oxşar proqramların həyata keçirilməsi də toxunulan məsələlərdən olub.

Görüşdə həmçinin, tələbələr üçün birgə yay məktəblərinin təşkili məsələsi nəzərdən keçirilib. Hər iki tərəf beynəlxalq reytinqlərdə mövqelərini daha da gücləndirmək məqsədilə əməkdaşlıq etməyin önəmini qeyd edib.  Görüşdə ADNSU və RTU arasında qurulmuş əməkdaşlığın gələcəkdə hər iki universitetin beynəlxalq səviyyədə nailiyyətlərini daha da artırmağa xidmət edəcəyinə əminlik ifadə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Noyabr 2024 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see362

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see221

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see188

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see146

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see134

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see130

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see129

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see128

Putin ona general leytenant rütbəsi verdi

04 Sentyabr 2025 18:51see127

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see127

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see127

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see126

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see125

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see125

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see125

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see124

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see123

Futbolçunu təhqir etdi, bir il azadlıqdan məhrum olundu

04 Sentyabr 2025 08:40see119

CBDC lər ənənəvi bank sistemini daha rəqəmsal olmağa vadar edir EKSPERT ŞƏRH ETDİ

04 Sentyabr 2025 11:19see119

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri