Icma.az
close
up
RU
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

ADP Rusiyanı Azərbaycana qarşı imperial münasibətdən əl çəkməyə çağırıb… 

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Moderator.az xəbər verir ki, toplantıda ötən həftə ərzində baş verən ictimai və siyasi hadisələr müzakirə olunub. Toplantı iştirakçıları ilk növbədə Azərbaycanla Rusiya arasında olan münasibətlərin gərginliyi ilə bağlı geniş müzakirə aparıb.

Müzakirələr zamanı ötən həftə ərzində də Rusiyanın bir çox rəsmi və qeyri-rəsmi dairələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən bəyanatların səsləndirilməsi qətiyyətlə pislənilib. Kremlin siyasi ideoloqlarından sayılan Aleksadr Duqin tərəfindən Rusiyada müsəlmanların zorakı yolla xristianlaşdırmağa edilən çağırışların İslam dəyərlərinə hörmətsizlik, Kremlin işğalçılıq siyasətinin ruporlarından biri teleaparıcı Solovyovun və başqalarının Azərbaycana qarşı xüsusi əməliyyatın keçirilməsinə, Azərbaycanı paçalayaraq  İrana verilməsinə yönəlik çağırışların isə beynəlxalq hüquq normalarına, o cümlədən 22 fevral 2022-ci il tarixində Azərbaycanla Rusiya arasında imzalanan “Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə”nin prinsiplərinə zidd olduğu qeyd edilib, eyni zamanda Rusiyanı adı çəkilən Bəyannamənin prinsiplərinə uyğun olaraq həmin şəxslər barəsində qanuna müvafiq qaydada tədbir görməyə çağırıb. 

İdarə Heyəti Azərbaycanla Rusiya arasında düşmənçilik münasibətlərinin formalaşmasını hər iki dövlətin maraqlarına zidd olduğunu vurğulayaraq, bu günkü münasibətlərin pozulmasının səbəbinin məhz Rusiyadan qaynaqlandığını qeyd edib. İdarə Heyəti Rusiyanı Azərbaycana qarşı imperial münasibətdən əl çəkməyə çağırıb və bir daha Azərbaycanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu bildirib. 

İdarə Heyəti ötən həftə ATƏT-in Minsk qrupunun sentyabr ayının 1-dən ləğv olunması və onun struktur bölmələrinin cari ilin dekabr ayının 1-ə kimi bağlanacağı ilə bağlı təşkilatın Nazirlər Şurası tərəfindən verilən qərarı təqdir edib, bu hadisəni Azərbaycan-Ermənistan arasında sülhə doğru gedən yolda əhəmiyyətli addım kimi dəyərləndirib.

İdarə Heyəti həmçinin ötən həftə Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində baş tutan təmaslar ətrafında da müzakirə aparıb. Baş tutmuş təmasları və iki dövlət arasında sülhün əldə edilməsi istiqamətində müsbət proseslərin inkişafını alqışlayıb, bu istiqamətdə təmasların davam etdirilməsinin, bölgədə sülhə və əmin-amanlığa nail olunması baxımından Azərbaycan-Ermənistan arasında münasibətlərin yeni səviyyəyə qaldırılmasının əhəmiyyətli olduğunu qeyd edib. 

İdarə Heyəti ötən həftə Şanxay Əməkdaşlıq Sammitində Azərbaycanın həmin təşkilata üzvlüyünə Hindistan tərəfindən blok qoyulması məsələsinə də diqqət çəkib. İdarə Heyəti Azərbaycanın adı çəkilən təşkilata üzv qəbul edilməməsini böyük bir faciə kimi görmədiyini və ölkəmizin milli maraqlarına ciddi ziyan vurmadığını qeyd edib, eyni zamanda Azərbaycanın daha böyük beynəlxalq birliklərdə iştirakının zəruriliyini qeyd edib. 

İdarə Heyəti ictimai müzakirələrdə 2025-ci ilin “Konstitusiya və Suverenlik” ili elan edilməsi naminə və 44 günlük Vətən müharibəsində qələbimizin 5 illik yubileyi şərəfinə ölkədə genişmiqyaslı Amnistiya Aktının qəbul edilməsi təşəbbüslərini alqışlayıb, ölkədə vətəndaş həmrəyliyini gücləndirmək, daxili ictimai-siyasi sabitliyi təmin etmək məqsədilə siyasi məhbus kimi tanınan şəxsləri də əhatə edən geniş Amnistiya Aktının qəbul edilməsinin zəruriliyini bildirib.     

İdarə Heyəti sonda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Sentyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri