ADPU nun Şəki filialında mühazirə: Heydər Əliyev ideyaları və dünya azərbaycanlılarının milli həmrəyliyi
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ideyaları və dünya azərbaycanlılarının milli həmrəyliyi” mövzusunda mühazirə təşkil olunub.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, mühazirədə Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyasının mahiyyəti, milli kimliyin qorunması, xalqın vahid ideya ətrafında birləşdirilməsi və dünya azərbaycanlıları arasında milli həmrəyliyin möhkəmləndirilməsində oynadığı tarixi rol haqqında geniş məlumat verilib.
Tədbirdə Şəki şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Xuraman Səmədova və ADPU-nun Şəki filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri Nərminə Nəsrullayeva məruzə ilə çıxış edərək, Heydər Əliyevin milli həmrəyliyi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdiyini vurğulayıblar. Bildirilib ki, Ümummilli Lider xaricdə yaşayan soydaşlarımızın vətənlə əlaqələrinin gücləndirilməsinə, onların təşkilatlanmasına və milli maraqlar ətrafında birliyinin təmin olunmasına xüsusi önəm verib. Çıxışlarda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, diaspor təşkilatlarının formalaşması və azərbaycançılıq ideyasının beynəlxalq müstəvidə təbliğinin məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğu qeyd olunub. Həmçinin vurğulanıb ki, bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və milli həmrəyliyin daha da möhkəmlənməsi diqqət mərkəzində saxlanılır.
Çıxışların sonunda mövzuya dair videoçarx nümayiş etdirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 26 Dekabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















