Icma.az
close
up
RU
ADU və Portsmouth Universitetindən magistrlərə ikili diplom imkanı

ADU və Portsmouth Universitetindən magistrlərə ikili diplom imkanı

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Azərbaycan Dillər Universiteti (ADU) ölkənin ehtiyac duyulan ixtisas proqramları üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkilini uğurla davam etdirir.

Bu məqsədlə, universitetdə müvafiq ixtisaslar üzrə tədris proqramları xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanır, beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi ADU-nun ümumavropa məkanına inteqrasiya olmasına, rəqabət qabiliyyətinin artmasına, tədris proqramlarının beynəlmiləlləşməsinə kömək edir.

ADU hələ uzun illər bundan əvvəl Azərbaycan təhsil sistemində ilk dəfə olaraq öz təşəbbüsü ilə Böyük Britaniyanın Esseks Universiteti ilə ikili diplom layihəsi işləyib hazırlamış və 2010-cu ildən etibarən bu universitet ilə ikili diplom (2+2) proqramı üzrə əməkdaşlığa başlamışdır. Qeyd edək ki, bu, Azərbaycanın təhsil sistemində bakalavr pilləsi üzrə ilk ikili diplom layihəsi idi. 

Əldə olunmuş razılaşmaya əsasən, ADU-nun İngilis dili müəllimliyi ixtisası üzrə tədris planının ilk iki ili, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tələbləri nəzərə alınmaqla, Esseks Universitetinin müvafiq tədris planı ilə uyğunlaşdırılıb və tələbələr ikinci kursu müvəffəqiyyətlə başa vurduqdan sonra müəyyən qəbul şərtlərini yerinə yetirməklə Esseks Universitetinə birbaşa daxil ola bilirlər.

Artıq ADU-nun bir neçə tələbəsi Esseks Universitetindən yüksək nəticələrlə məzun olaraq hər iki universitetin diplomlarını alıblar. Gələcəkdə ADU və Essex Universiteti arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılacaq və bu tərəfdaşlıq hər iki universitet üçün əhəmiyyətli imkanlar yaradacaq.

Bu yaxınlarda isə Azərbaycan Dillər Universiteti beynəlxalq əməkdaşlıq istiqamətində növbəti mühüm addımını ataraq Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Portsmouth Universiteti ilə magistratura səviyyəsində  ikili diplom (1+1) proqramını hazırlayaraq təsdiqləyib.

Yeni proqram çərçivəsində ADU-da magistr təhsili alan tələbələr birinci tədris ilini doğma universitetdə davam etdirəcək, ikinci il isə Portsmouth Universitetində təhsil alaraq hər iki universitetin diplomuna sahib olacaqlar. 

ADU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən bu təhsil modeli tələbələr üçün bir sıra üstünlüklər təqdim edir: Portsmouth Universitetinin müasir elmi-tədqiqat laboratoriyaları və resurslarından istifadə etmək imkanı tələbələrin elmi potensialını artırır, onların ingilis dili biliklərini təkmilləşdirməsinə və akademik səviyyədə istifadə etməsinə şərait yaradır. Tələbələrin iki fərqli akademik mühitdə təhsil almaları onların bilik və bacarıqlarını müxtəlif yanaşmalarla zənginləşdirir. İki universitetin diplomuna sahib olan məzunlar beynəlxalq əmək bazarında daha çox rəqabətqabiliyyətli olur və onların karyera imkanları genişlənir. 

Portsmouth Universiteti ilə tərəfdaşlıq Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, qlobal akademik platformalarda tanınması, beynəlxalq səviyyədə rəqabət qabiliyyətini və tədris keyfiyyətini artırması baxımından mühüm əhəmiyyət kəsb edir.

Tələbələrə daha geniş akademik və peşəkar perspektivlər vəd edən bu əməkdaşlıq həm də ADU-nun təhsil sisteminin beynəlmiləlləşməsi istiqamətində atılan uğurlu addımlardan biridir. 

Azərbaycan Dillər Universiteti gələcəkdə digər nüfuzlu ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməyi və tələbələrə dünya səviyyəli təhsil imkanları təqdim etməyi hədəfləyir.

İkili diplom proqramları qlobal elmi və pedaqoji inteqrasiyanın inkişafına töhfə verməklə yanaşı, gənclərə beynəlxalq karyera yollarını açmaq üçün mühüm platforma rolunu oynayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Fevral 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri