ADY tənqid edildi: “İnsanları kartof kisəsi kimi üstüstə aparırlar”
Yenigundem portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti tənqid edilib.
Pravda.az-ın xəbərinə görə, sosial şəbəkə istifadəçilərindən biri ADY-nin fəaliyyətinin qənaətbəxş olmadığını bildirib.
O, qatarların az olmasına diqqət çəkib: “İnsanları kartof kisəsi kimi üst üstə aparırlar, saat 19:35-dən sonra əlavə qatar təyin etmirsiniz. Təsəvvür etmək çətin deyil, məncə, saat 18:00-dan sonra insanlar işdən yorğun çıxır, hər kəs qatarda oturmağa üstünlük verər və hər kəs ödənişini edib elə keçir qatara…”
ADY-dən cavab olaraq deyilib ki, Xırdalan xətti üzrə axşam 19:00-dan səhər 7:00-a qədər yük qatarları fəaliyyət göstərdiyindən, sərnişindaşıma bu saatlarda mümkün deyil.
“Hərəkət qrafikinin təşkili sərnişin axınını nəzərə alaraq tərtib edilir. Hazırda mövcud vaqon parkımıza uyğun olaraq qatarlarımız ən optimal hərəkət qrafiki üzrə fəaliyyət göstərir”, – məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 15 Dekabr 2024 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















