Aeroport yolunda ağır qəza: 2 maşın mobil xəbərdarlıq nişanına çırpıldı VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxt ərazisində qeyri-adi qəza hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, Bakıda Aeroport yolunun şəhərə doğru olan istiqamətində dəhşətli ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə yol hərəkəti təhlükəsizli üzrə ekspert, təlimçi Arzu Kürsüm Babazadə saytımıza məlumat verib. O, rastlaşdığı hadisənin videosunu çəkərək redaksiyamızın hesabına göndərib.
Təlimçi qeyd edib ki, yoldakı dəmir məhəccərləri təmizləmək üçün əraziyə gətirilən su maşınının arxasına mobil xəbərdarlıq nişan lövhəsi qoyulub. Buna baxmayaraq, 2 avtomobil necəsə bu xəbərdarlıq nişanına çırpılıb. Nəticədə, nişan aşıb, hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə ilə bağlı detallı məlumat hələ ki, yoxdur.
Arzu Kürsüm Babazadə vurğulayıb ki, hadisəyə görə Aeroport yolunun məhz həmin hissəsində uzunmüddətli tıxac yaranıb.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 17 İyul 2025 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















