Icma.az
close
up
RU
AFB Bank II rüb üzrə mənfəəti 3.3 dəfə artıb

AFB Bank II rüb üzrə mənfəəti 3.3 dəfə artıb

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

AFB Bank 2025-ci ilin ilk yarısını yüksək maliyyə göstəriciləri ilə başa vurdu.
AFB Bank ASC 2025-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Nəticələr Bankın stabil və dayanıqlı maliyyə artımını nümayiş etdirir.
2025-ci ilin ilk yarısında AFB Bank 2.718 milyon manat mənfəət əldə etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.3 dəfə artım deməkdir.
Kredit portfeli 2025-ci ilin ilk altı ayında 19% artaraq 203 milyon manata çatmışdır. Bu, Bankın real sektora və əhaliyə kredit dəstəyini genişləndirdiyini göstərir.
Bankın ümumi aktivləri 2025-ci ilin əvvəlindən etibarən 6% artaraq 310 milyon manat təşkil etmişdir.
Müştəri inamının artmasının göstəricisi kimi müddətli depozit portfeli 2024-cü ilin sonu ilə müqayisədə 51% artaraq 49.7 milyon manat təşkil etmişdir.
Maliyyə nəticələrindəki pozitiv dinamikanın əsas səbəbləri Bankın müştərilərinə təqdim etdiyi innovativ məhsul və xidmətlər, müştəriyönümlü layihələrin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi, eləcə də qəbul olunmuş yeni strateji inkişaf planına uyğun olaraq qarşıya qoyulmuş hədəflərə çatmaq məqsədilə struktur və proses səviyyəsində kompleks tədbirlərin icrası göstərilə bilər. Bununla yanaşı, Bank korporativ idarəetmə sistemini təkmilləşdirməklə, şəffaflıq və məsuliyyətlilik prinsiplərini daha da gücləndirir, eyni zamanda komandasını peşəkar kadrlarla zənginləşdirərək insan resurslarının inkişafına xüsusi önəm verir.
Hazırda bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından xeyli yüksəkdir. Məcmu kapitalın adekvatlıq əmsalı 33,97%, I dərəcəli kapitalın adekvatlıq əmsalı isə 31,77% təşkil edir.
Qeyd edək ki, II rübün yekunlarına əsasən, bankın məcmu kapitalı 72.83 milyon manat olaraq qeydiyyata alınmışdır.
Hazırda "AFB Bank" 11 xidmət nöqtəsi ilə həm hüquqi, həm də fiziki şəxslərə hər növ bank xidmətlərini təklif edir. Bununla yanaşı, Bank müasir texnoloji imkanlardan istifadə etməklə Pərakəndə kredit məhsullarının tam onlayn formada — müraciətdən rəsmiləşdirmə və vəsaitin müştərinin hesabına köçürülməsinə qədər olan bütün mərhələlərdə — rəqəmsal şəkildə həyata keçirilməsini təmin edir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 İyul 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri