AFFA açıqlama verdi: oyun və hazırlıq təxirə salındı
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarusa planlaşdırılan səfəri təxirə salınıb.
QOL.az xəbər verir ki, AFFA-nın bununla bağlı yaydığı açıqlamada Belarusda təşkili nəzərdə tutulan təlim-məşq toplanışı və yerli komanda ilə yoxlama görüşlərinin başqa vaxta keçirildiyi bildirilib.
Bunun səbəbləri açıqlanmayıb. Qeyd olunub ki, qərar hər iki tərəfin qarşılıqlı razılığı əsasında verilib.
Yoldaşlıq oyununun 2025-ci ildə təşkil olunması planlaşdırılıb. Qarşılaşmanın tarixi və yeri barədə məlumat veriləcək.
Baxış sayı:1
Mənbə:https://qol.az