AFFA Əfqan Talıbova yardım edəcəkmi? rəsmi açıqlama
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Təcrübəli mütəxəssis Əfqan Talıbovun “Parkinson” xəstəliyindən əziyyət çəkdiyini, “Neftçi” veteranlarının bayram günlərində onu ziyarət etdiyini xəbər vermişdik.
Oqtay Abdullayev “Football-plus.az”a açıqlamasında AFFA-nın da sağlımlıq durumunda problem yaranan mütəxəssisə yardım edəcəyinə inandığını demişdi. Bəs, qurum indiyə qədər bu yöndə hansısa addım atıbmı?
Bunu öyrənmək məqsədilə qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə müraciət etdik:
“Parkinson”dan əziyyət çəkən şəxslər xüsusi müacilə mərkəzlərində müalicə olunur. Futbol Veteranları Birliyinin sədri Oqtay Abdullayev Əfqan Talıbovla əlaqədədi. Onlar aprelin 17-də müalicə mərkəzində qəbulda olacaqlar. Müayinələrdən sonra rəsmi sənəd əsasında xərclərin nə qədər olduğu bilinəcək. Bundan sonra AFFA lazımi maddi yardımı edəcək”.
Baxış sayı:102
Bu xəbər 05 Aprel 2025 01:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















