AFFA Turan Tovuz u cərimələdi: Qərb derbisində yaşananlara görə
Icma.az bildirir, Publika.az portalına istinadən.
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının 19-cu turunda keçirilən “Kəpəz” - “Turan Tovuz” matçında baş verənlərlə bağlı qərarlar açıqlanıb.
5 futbolçusu sarı vərəqə aldığına görə Tovuz klubu 700 manat cərimə edilib. Eyni zamanda, azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə nominal qonaqlar daha 800 manat cərimə ödəməli olacaq.
Fanatlar tərəfindən hakimlərin və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Turan Tovuz” 1000 manat cərimə edilib. Azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə kluba daha 1500 manat cərimə kəsilib.
Qeyd edək ki, “Turan Tovuz” qərb derbisində yaşananlara görə ümumilikdə 4000 manat cərimələnib.
Heybət
Baxış sayı:66
Bu xəbər 23 Yanvar 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















